“Postpandemiya dövründə distant təhsildən imtina edilməyəcək” - DEPUTAT
23-12-2020, 15:20
341

“Postpandemiya dövründə distant təhsildən imtina edilməyəcək” - DEPUTAT

"Bu gün dünyada tüğyan edən yeni növ koronavirus (COVİD-19) pandemiyası bir çox sahələrdə əsaslı çətinliklər yaratmaqdadır. Bir tərəfdən insanlar sağlam qalmaq üçün gözəğörünməz düşmənlə mübarizə aparır, digər tərəfdən isə dünya iqtisadiyyatı iflas ərəfəsindədir. Bəşəriyyət yeni ictimai, iqtisadi və sosial təlatümlər işərisindədir. Pandemiyanın mənfi təsir etdiyi sektorlar arasında təhsil sahəsi mühüm yer tutr”.
 
TehsilXeber.com xəbər verir ki, bu barədə Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Tamam Cəfərova bildirib.
 
Deputat qeyd edib ki, COVID-19 pandemiyası və onun yaratdığı fəlakətlər nəticəsində bütün dünyada təhsil müəssisələrinin bağlanması müxtəlif ölkələrdə milli təhsil sistemlərinə ciddi təsir göstərib:
 
"Ümumilikdə vəziyyət həm iqtisadi nöqteyi nəzərdən, həm sosial-psixoloji baxımdan o qədər də sadə deyil. Səhiyyə siteminin imkanlarının müvafiq qaydada hesablanması və düzgün idarə edilməsi baxımından bir çox qərarlar verilməlidir. Reallıq bundan ibarətdir ki, bir çox hallarda bu qərarlar bir-birinin əksinə işləyən qərarlardır. Qapanmalara getdikcə səhiyyə siteminə təziyqlər azalır, amma, iqtisadiyyata və sosial-psixoloji faktorlara təzyiq artır və ya hansısa açılımlara getdikdə səhiyyə sitemində yüklənmələr artır, insanların həyatına risklər yaranır, amma eyni zamanda istisadi və sosial məsələlər nisbətən daha tez öz həllini tapır. Pandemiya dövrünün ən kəskin şəkildə üzə çıxardığı məsələlərdən biri distant təhsildir. Pandemiya ilə bağlı sanitar-epidemioloji vəziyyət bütün proseslərə olduğu kimi, təhsil sahəsinə də öz diktəsini edir və bununla hesablaşmaq lazımdır. Bu gün dünya ölkələri, o cümlədən Azərbaycan "insanların sağlamlığı, yoxsa daha keyfiyyətli təhsil” dilemması qarşısında qalıb. Məktəblərin açılması, ənəvi təhsilin bərpası nəinki Azərbaycanda, bütün dünyada ən mürəkkıb məsələlərdən biridir”.
 
"Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında AR Nazirlər Kabinetinin 30 noyabr 2020-ci il Qərarınına münasibət bildirən millət vəkili onu da əlavə edib ki, qərarın qüvvədə olma müddəti dekabrın 1-dən 30-dək uzadılıb. Deputatın sözlərinə görə, bununla da ölkə ərazisində distant tədris formasının müddəti dekabrın 30-dək uzadılır. Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.
 
Millət vəkili bildirib ki, mövcud vəziyyətdə çıxış yolu ilk növbədə sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq addımların atılmasıdır: "Pandemiyanın dinamikasından asılı olaraq təhsilin davamiyyət formaları müəyyənləşdirilir və AR Nazirlər Kabinetinin sonuncu qərarına, yəni ölkə ərazisində distant tədris formasının müddəti dekabrın 30-dək uzadılmasına bu baxımdan yanaşmaq lazımdır. Əgər nəzərə alsaq ki, son ayda Azərbaycanda, bütün dünyada olduğu kimi, pandemiyanın ikinci dalğası tünğyan edir, ölkəmizdə yoluxanların sayı artıq minlərlə, ölənlərin sayı onlarla hesablanır, bu qərar başa düşüləndir. Təhsil sistemi bu situasiyanı bir az da mürəkkəbləşdirir. Nəzərə alsaq ki, Azərbaycanda təhsil sisteminin özü-özlüyündə təhsil alanlar və təhsil verənlərin sayı 2 milyondan artıqdır. Valideynlərin və insanların mobilliyi və aktivliyi nəzərə alınarsa, təxminən 4 milyondan artıq insanın hərəkəti, mobilliyi, aktivliyi nəzərdə tutulur. Təbii ki, biz sadalanan rəqəmləri də nəzərə alıb, həm bütün cəmiyyətin, həm bütün təhsil iştirakçılarının sağlamlığını qorumalıyıq və bu faktoru da nəzərə almalıyıq. Prezident İlham Əliyevin həmişə qeyd etdiyi kimi, pandemiya ilə mübarizədə əsas məsələ insanların sağlamlığının qorunmasıdır”.
 
Millət vəkili deyib ki, pandemiyanın yayılması distant təhsilin tətbiqinin vacibliyini ön plana çıxarıb və YUNESKO (BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı) təhsildə yaranan fasilələri məhdudlaşdırmaq üçün distant təhsil proqramlarından istifadəni tövsiyə edib: "İnkişaf etmiş ölkələrin əksəriyyəti təhsil forması kimi dərhal distant təhsilə keçdi. Distant təhsil Azərbaycan üçün ənənəvi sahə deyil və pandemiya olmasaydı, bu səviyyədə distant təhsilə ehtiyac yaranmayacaqdı. Koronavirus nə qədər təhlükəli olsa da, o bizə bir daha xatırlatdı ki, təhsilin fasiləsizliyini təmin etmək üçün bizim əlavə rezervlərimiz, vasitələrimiz, yollarımız olmalıdır. Artıq Azərbaycanda distant təhsillə bağlı təcrübə var. Hazırda əsas məsələ internet resurslarının əlçatanlığını, təhsilalanların dərslərdə maksimum iştirakını təmin etmək və distan təhsilin keyfiyyətini artırmaqdır. Təcrübə göstərdi ki, onlayn təhsillə bağlı yaşanan ən böyük sıxıntı texniki problemlər olub. Distant təhsil forması və onlayn dərslər internet üzərindən aparıldığı üçün müəyyən texniki problemlərin və avadanlıq nasazlığı sıxıntılarını da qaçılmaz edir: kiminsə internet problemi, kiminsə kompyuter, avadanlıq problemi bu işdə ciddi narahatlıq yaradan problemlərdən oldu. Dağlıq ərazilərdə yaşayan şagird və tələbələr üçün də müəyyən mexanizmlər yaradılmalıdır. Bəllidir ki, bu ərazilərdə internet əlçatanlıığı tam təmin olunmayıb, bəzi yerlərdə isə internetin sürəti zəifdir. Qiymət məsələsiilə yanaşı bu məsələlərə də diqqət edilməlidir. Bu məqsədlə xüsusi və güzəştli paketlərin təklif olunması, təhsilalanların müəyyən limit çərçivəsində pulsuz internetlə təmin edilməsi, keyfiyyətin artırılması və bu kimi istiqamətlərdə mövcud şəraitində tədrisin təşkilini təmin etmək olar. Təhsilalanların mövcüd electron tədris resurslarına çıxışının təmin olunması istiqamətində təhsil müəssisələri də özləri müəyyən tədbirlər görməlidilər. Məsələn, bəzi universitetlər ehtiyacı olan tələbələri pulsuz internet paketləri ilə təmin edirlər”.
 
Deputat vurğulayıb ki, postpandemiya dövründə distant təhsildən imtina edilməyəcək: "Distant təhsildən ənənəvi təhsilin davamı olaraq istifadə olunacaq. Distant təhsil adi təhsil sistemini əvəz etmir və əvəz də etməməlidir, amma distant təhsilin gələcək üçün inkişafının təmin edilməsi də artıq vacib hal alıb. Hətta bir çox komponentlərinə görə ali təhsilin distant forması əyani formasından belə yüksək əhəmiyyətə malikdir. Mübaliğəsiz demək olar ki, yaxın gələcəkdə distant təhsil əyani ali təhsilin alternativi kimi çıxış edə bilər. Hazırda distant ali təhsilin postpandemiya mərhələsinin müzakirəsi gələcək perspektiv üçün olduqca vacibdir. "Microsoft” şirkətinin yaradıcısı Bill Qeytsin "Vaxt gələcək universitetlər internetlə rəqabət apara bilməyəcəklər” deyimi real həyatda öz əksini tapmaqdadır. Qəfil yaxalandığımız bu proses bizə onu göstərdi ki, distant təhsil forması ölkəmizdə rəsmiləşdirilməli, distant təhsilə cavab verən müəllimlər kurslara cəlb edilməli, distant təhsilə cavab verəcək internet sistemi olmalı, distant təhsilin metodologiyası işlənməli, distant təhsilin menecmentliyi ali məktəb proqramlarına salınmalı və distant təhsilin pedaqogikası hazırlanmalıdır”.

Oxşar xəbərlər