Qarabağ Sevgimizin ən böyük və Ali Qəhrəmanı
23-12-2020, 22:25
498

Qarabağ Sevgimizin ən böyük və Ali Qəhrəmanı

    Qarabağda tam və yetkin qələbəmizin sevincli günlərindəyik.

Vətən həsrətinə qovuşuq günlərimizi yaşayırıq. Bu böyük zəfəri bizə yaşadan Azərbaycan ordusuna və Ali Baş Komandanımız İlham Əliyevə hər kəsin qəlbində böyük məhəbbət var. İlham Əliyev fəaliyyətinin əvvəlində verdiyi bütün öhdəçilikləri uğurla həyata keçirir. Azərbaycanda yaşanan ordu, xalq və hakimiyyət birliyi Qarabağ  Zəfəri ilə yanaşı, orada bərpa və quruculuq işlərinə də bir stumuldur. Qəlbimizdə böyük zəfərin sevinci ilə 24 dekabr ŞƏRİKSİZ LİDER, QARANTLI RƏHBƏR İLHAM ƏLİYEVin doğum gününü qeyd edirik. Nə yaxşı ki, xalqın düçar olduğu Qarabağ olaylarının açarı 59 il bundan əvvəl Bakı şəhərində, Ulu Öndərmizin ailəsində dünyaya göz acan və bu gün mükəmməllik zirvəsini fəth edən İlham Əliyevdə imiş...


... Heydər Əliyev öz tükənməz qabiliyyət və istedadı ilə siyasi kursunu yaratdı, tarixləşdi və əbədi olaraq xalqımızın yaddaşına hopdu. Siyasi kurs, öndərlik şəxsi məsələ deyil. Bu, artıq milli sərvətdir. Milli mənafeləri, xalqın taleyüklü məsələlərini özündə cəmləşdirən bir sərvət! Şəxsiyyət və fəaliyyəti ilə hər zaman önəmlik aşılayan bir sərvət! Onu qorumaq, gələcək nəsillərə çatdırmaq ən şərəfli bir misyadır. Bu misyanı Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev on yeddi ildən artıqdır ki, layiqincə həyata keçirir.                                                                                                                                                                                                                 

          Pedaqoqların qənaətincə ailə tərbiyəsini, valideynlərin nümunəsini əvəz edə biləcək bir tərbiyə forması yoxdur. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin ailəsində böyümüş, onun tərbiyəsini almış cənab İlham Əliyev qarantlıdır, onun hakimiyyəti gördüyümüz kimi xalqın dəstəyindən heç vaxt  kənarda qala bilməz. Diqqət yetirin, prezidentlik fəaliyyətinə kimi o, necə şərəfli həyat yolu keçib. Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində müəllim, 1994-2003-cü illərdə Azərbaycan Dövlət Neft Şirkətində birinci vitse-prezident, sonra birinci prezident, 1997-ci ildən Milli Olimpiya Komitəsinin sədri, eyni zamanda, YAP fəalı və 2000-ci ildən Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini və millət vəkili, 2003-cü ildən AŞ PA-nın vitse prezidenti və Büro üzvü, prezidentlikdən öncə isə Baş Nazir vəzifələri artıq İlham Əliyevin hakimiyyət pillələrində israrlı olmasınaı və Heydər Əliyev siyasi kursuna layiqli varis olduğunu təsdiqləyirdi.                                                                                     

   

       İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günündə “ Azərbaycan zəngin, qüdrətli dövlətə çevrilməlidir” fikrini söylədi və ölkənin hərtərəfli inkişafını bölgələrin tərəqqisində gördü. “ Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiqləndi və bu proqramın icrası, iqtisadi inkişaf Azərbaycanın dünya birliyində mövqeyini möhkəmləndirdi. Uğurlu xarici siyasət ölkədaxili sabitliklə vəhdətdə İlham Əliyevi xalqa bir daha sevdirdi. İlham Əliyev ikinci dəfə prezidentliyə namizəd olarkən dediyi sözlər heç yadımdan çıxmır: ”...Azərbaycan xalqı yenidən 

mənə etimad göstərərsə mən ölkəmizin hərtərəfli inkişafı üçün, Azərbaycanın milli  maraqlarının yüksək səviyyədə qorunması üçün səylərimi əsirgəməyəcəm, Azərbaycan xalqına, doğma vətənə ləyaqətlə xidmət edəcəyəm”...İllər bir-birini əvəz etdi. Xalq öz seçimində yanılmadığı aydınlığının böyük sevincini yaşadı. 2003-cü il, 2018-ci illərdə ölkədə keçirilən Prezident seçkilərində də İlham Əliyev böyük sevgi ilə liderlik misyasını qoruyub saxladı.                                                                                                                        


        ...Zaman-zaman xalqımızı narahat edən bir məsələ var idi: Qarabağ məsələsi!Ocağımızdan köz, bulağımızdan su götürən o nadanların ocağımızda da, bulağımızda da gözləri var idi. Torpaqlarımızdan çıxmaq istəmirdilər. Bizim Prezident, bizim Ali Baş Komandan, böyük və sevilən sərkərdə İlham Əliyev isə hər zaman sülh yolunu tuturdu. Mənfur ermənilər başqa dövlətlərdən aldıqları dəstəklə heç cür həqiqəti anlamaq, sülh danışıqlarına gəlmək istəmirdilər. Əksinə, Paşınyan öz ölkəsində olan cinayətkar ünsürlərə, başıpozuq insanlara   çağrış edirdi ki, gedin Qarabağda yaşayın. 27 sentyabda artıq düşmən atəşlərinin, simasız və ədalətsiz hərəkətlərinin qarşısını birdəfəlik almaq üçün mübariz irədəli Ali Baş Komandanımız orduya öz tapşırıqlarını verdi. Əslində, qəlbi Vətən eşqi , Qarabağla döyünən əsgər və zabitlərimiz bu tapşırığı çoxdan gözləyirdi. Zəfər-zəfərə calandı! Hər zəfərə yetdikcə İlham Əliyev bəyan etdi:” Dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz”, ” Düşmən ölkənin xilasının yeganə yolu budur ki, tarpaqlarımızdan çıxsınlar”, “ Biz nə desək, o da olacaq!”, ” Düşməni bundan sonra da qovcağıq”...                                                                                                                          


       44 GÜNƏ BÖYÜK ZƏFƏRƏ ÇATDIQ.  Xalq İlham Əliyev iradəsidən, böyük sərkərdə və qəhrəman komandan jestlərindən sevgi yaşadı, olmayan sevgi, unudulayan sevgi... Biz hər an Türkiyəni, türk qardaşlarımızı yanımızda gördük, qürur duyduq.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevə telefon zəngləri, Qarabağ savaşını anbaan nəzarətdə saxlaması və ZƏFƏR BAYRAMImıza qatılması da bizə sonsuz sevgi oldu...Müharibədə şəhid verdik, əsgər və zabitlərimiz sağlamlığını itirdi. Milli Ordumuzun şəhid oğllarının ruhu şad olsun, onların ruhu qarşısında baş əyirik! Qazi qardaşlarımıza Allahdan sağlamlıq arzulayırıq! Artıq Vətən darda deyil, qan inildəmir. QARABAĞ AZƏRBAYCANDIR!                                                                                                                           


         Bugün tarixi zəfərin sonsuz sevgisini bizə yaşadan, rəhbərimiz , türk dünyasının sevilən və böyük oğlu, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin doğum günüdür!Biz onu ürəkdən təbrik edirik! O, qəhrəmanlıq nümunəsində olan, döyüş ruhlu hər kəsin əməyini təqdir edir, mükafatlandırır. Biz isə onun xidmətlərinin misilsizliyini qəbul edərək, təklif edirik ki, elə ad günü ərəfəsində ona “   AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI” FƏXRİ ADI VERİLSİN... Onu da deyim ki, İlham Əliyev bizim qəlbimizin, ruhumuzun , ürəyimizin və Qarabağ sevgimizin ən böyük və ali QƏHRƏMANIDIR! YENİ YAŞIN MÜBARƏK, İLHAM ƏLİYEV! 

 

                    

Səxavət Tağlar, Əməkdar müəllim                                                                                                                              

Oxşar xəbərlər