Zəfər Sərkərdəsi İlham Əliyevin doğum gününə həsr olunmuş tədbir düzənləndi - FOTO
24-12-2020, 20:05
124

Zəfər Sərkərdəsi İlham Əliyevin doğum gününə həsr olunmuş tədbir düzənləndi - FOTO

"Əsgərə Xatirə Kitabı" Layihəsi çərçivəsində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi ilə təşkil olunan tədbirdə ön və arxa cəbhədə xidməti olan bəzi şəxslər mukafatlandırıldı.


"Əsgərə Xatirə Kitabı"nın Layihə rəhbəri, dəfələrlə ön xəttdə xidmət edən əsgər və zabitlərə baş çəkərək onlara mənəvi, maddi və psixoloji dəstək göstərmiş Nuranə xanım Şixəliyevanın giriş sözü ilə başlanan tədbirdə ilk öncə Vətənimizin bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizn əziz xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edildi.
Xusüsi karantin qaydalarına əməl edilməklə baş tutan tədbirdə Nuranə xanım giriş nitqini davam etdirərək, bildirdiki: "Artıq, 44 günlük ikinci Vətən savaşının qalibi olaraq, bir aydan artıqdır ki, qələbə sevincini yaşayırıq. 30 ilə yaxındır ki, gözümuz düşmən işğalında haray çəkən Vətən torpaqlarının həsrətlə yolunu çəkirdi. 30 ilə yaxın idiki gözlərimiz sevinc yaşlarına həsrət idi. Böyük mərdliklə, cəsarətlə, qəhrəmanlıqla artıq, torpaqlarımız düşməndən azad olundu. O yerlərin əhalisi artıq məcburi köçkün deyil."
Nuranə Şixəliyeva çıxışını bu fikirlə bitirdi:
"Tədbirimiz olduqca əlamətdar bir günə təsadüf edir. Belə ki, 44 gün müddətində xalqımızın şərəf tarixini yazan Ordumuzun müzəffər Ali Baş Komandanı, cənab Prezidentimiz İlham Əliyevin doğum günündür. Bizim zəfər Sərkərdəmiz hər il olduğu kimi, bu il də öz doğum gününü ön xəttdə xidmət edən əsgər və zabitlərimizlə birgə qeyd edir. Bununla da O böyük şəxsiyyət özü haqqında dar gündə də, şad gündə də əsgərinin yanında olan Ali Baş Komandan obrazı yaradıb. Eşq olsun, Ali Baş Komandanımıza. İcazə verin, sizlərin hər birinizin adından zəfər Sərkərdəmizi doğum günü münasibəti ilə təbrik edək və dövlətimizin daha da qüdrətlənməsi uğunda apardığı mübarizədə ona uğurlar arzu edək."
Daha sonra Nuranə xanım, tədbirdə iştirak edən qonaqları bir-bir təqdim etdi.
Tədbirə ev sahibliyi edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik  Mehdi Mehdiyev, Milli Məclisin deputatı,  ehtiyatda olan polkovnik  Arzu Nağıyev, "Virtual Qarabağ" - İKT gənclər ictimai birliyinin sədri, Gənclər və İdman Nazirliyi yanında gənclərlə iş üzrə ictimai şuranın sədri Nurəddin Mehdiyev, II Vətən müharibəsinin qaziləri, "Azərbaycan Bayrağı" Ordenli Yaşar Bağırov və Famil Məlikov, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin övladı Elvin Mirzəyev, əslən Füzuli rayonundan olan müğənni Manaf Ağayev çıxış edərək, son aylarda yaşadıqları qürurlu anlarını dilə gətirərək, bu tədbirin təşkilatçilarına öz təşəkkürlərini bildirdilər.
Çixışlardan sonra, təltif olma mərasimi başladı.
 Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi İdarə Heyətinin qərari ilə "Vətən Naminə" medalı ilə təltif edilmiş Millət vəkili Arzu Nağıyevə, gənc sahibkar, ictimai fəal, xeyriyyəçi Əliş Hüseynova, Azərbaycan Tibb Universitetinin kafedra müdiri Arzu Mehdiyevaya, Muğan Bank Sənaye filialının direktoru Hacı Mirmehdizadəyə medallar təqdim edildi. Sonra Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin qərarı ilə "II Vətən müharibəsi zamanı hərbi hissənin şəxsi heyətinə göstərdiyi xüsusi diqqət və qayğı, maddi və mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində göstərdiyi xüsusi fəaliyyətlərə görə" Fəxri Fərmanla təltif edilmiş Milli Qəhrəman İlqar Mirzəyevin övladı Elvin Mirzəyevə, "Azərbaycan Bayrağı" ordenli Yaşar Bağırova və Famil Məlikova, Kaspian Şirkətlər Qrupunun prezidenti, xeyriyyəçi Vüsal Nərimanova, "Virtual Qarabağ" - İKT gənclər ictimai birliyinin sədri Nurəddin Mehdiyevə, Azərbaycan Koperasiya Universitetinin prorektoru Aygün Quliyevaya, "Həyat" Kilinkasının reabilitasiya və fizioterapiya şöbəsinin müdiri doktor Yeganə Əliyevaya, Milli Məclisin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəsi, gənc fəal Gündüz Mustafayevə, "Əsgərə Xatirə Kitabı" Layihəsi nəznində fəaliyyət göstərən "Nur" Fondunun icraçı direktoru Məltəm Şixəliyevaya, müğənni Manaf Ağayevə, "Xeber Media GROUP" Şirkətinin rəhbəri Etibar Toğrula layiq görüldükləri diplom və hədiyyələr təqdim edildi.
Nuranə Şixəliyevanın yekun nitqi ilə tədbirə yekun vuruldu.


















Oxşar xəbərlər