Coğrafiya üzrə Miq və sertifikasiya imtahanına hazırlaşanlar nələrə diqqət etməli
24-12-2020, 20:48
461

Coğrafiya üzrə Miq və sertifikasiya imtahanına hazırlaşanlar nələrə diqqət etməli

İlk növbədə qeyd edilməlidir ki, coğrafiya fənni çoxlu sayda qrafiklər və sxemlərin yer aldığı bir fənndir. Bu baxımdan, coğrafiyanın öyrənilməsi zamanı, hazırlaşan müdavimlər və müəllimlər bu nüansları diqqətdən qaçırmamalıdırlar. Bu zaman bir çox müdavim dərslikləri oxuduğu zaman onlar dərsliklərdəki qrafikləri, sxemləri vəya xəritələri diqqətli analiz etməyib, sadəcə dərsliklərdə qeyd edilən mətnlərin öyrənilməsi ilə kifayətlənirlər. Bu yalnış öyrənmə tərzidir. Çünki, istənilən müəllim və ya müdavim məktəbdə dərs dediyi zaman məktəb dərsliyində qeyd olunan bütün məlumatların dəqiq analizini bilməlidir. Ona görə ki, siz fənni tədris etdiyini zaman, həmin dərsliklərdə olan bütün məlumatları müxtəlif üsul və formalardan istifadə etməklə şagirdlərə öyrətməlisiz. Eyni zamanda bu məlumatların dəqiq təhlil və analizi sizin həmin mövzunu tam mənimsəməsinizə şərait yaradacaq.                                                                                                     

         İkinci diqqət ediləcək nüans dərsliklərlə bərabər öyrənmə prosesində atlas və xəritələrdən geniş istifadə edilməlidir. Yəni, necə ki, yazı yazdığımız vaxt mütləq şəkildə yanımızda dəftər və qələm olur, eləcə də coğrafiyanı öyrənmə prosesində dərsliklərin yanında mütləq şəkildə atlas və xəritə olmalıdır. Dərsliklərdə oxuduğumuz məlumatları, xəritə və atlasda təhlil edərək öyrənməlisiz. Ən vacib qeyd edilən məsələrdən biri də ondan ibarətdir ki, ancaq dərslik və atlas          sizin öyrənmə prosesində istifadə ediləcək vasitələr olmamalıdır. Çünki, siz müəllimsiz istər müdavimlər olsun, istər müəllimlər olsun tək dərsliklərdə olan məlumatlarla kifayətlənsəniz, siz sadəcə məktəb şagirdi və ya abituriyent səviyyəsində biliklərə sahib olmuş olacaqsınız. Müəllimin ancaq abituriyent səviyyəsində biliklərə sahib olması coğrafiya müəllimi üçün yol verilməz bir haldır. Bunun üçün yeni ədəbiyyatlara, yeni nəşrlərə həmişə diqqət etmək gərək yeni-yeni kitab axtarışında olub, ordakı məlumatlarla tanış olması lazımdır. Bu sizin həm coğrafi biliklərininzin artmasına həm də ümumi dünya görüşünüzün inkişafına şərait yaradacaq. Məlum məsələdir ki, istər Müəllimlərin İşə Qəbulu, istər sertifikasiya imtahanı qapalı suallardan ibarət test üsulu ilə həyata keçirilir. Lakin, ümumi əldə etdiyiniz biliklərin mükəmməl yadda qalması və tətbiq etmənizi möhkəmləndirilməsi üçün çoxlu sayda test vəsaitlərinin istifadə edilməsi məsləhətlidir. Əsasən də, açıq tipli testlərə üstünlük versəniz daha gözəl olar. Baxmayaraq ki, test imtahanı mərhələsi qapalı suallardan təşkil olunur. Ancaq, açıq tipli testlərin edilməsi sizə həmin sual üzrə cavabların daha dəqiq və konkret bilməyinizə köməklik edəcək. Bu zaman həmin sualda və ya mövzuda bilmədiyiniz və ya beyninizdə sual işarəsi kimi qalan nüansların daha yaxşı görməyinizə şərait yaradacaq ki, həmin mövzunu və ya sualı bir daha təkrarən nəzərdən keçirəcəkiniz. Nəzərə alın ki, hər şey tək imtahan prosesi ilə bitmir. Əgər uğur qazanıb, müəllim kimi fəaliyyət göstərməyə başlasanız siz müxtəlif   bilik, qavrama və hər biri ayrıca özünəməxsus xüsusiyyətlərə malik olan şagirdlərin qarşısında dərs deyəcəksiniz. Bunun üçün ilk növbədə sizin səlist və anlayışlı sözləri sadə kəlimlərlə ifadə edəcək nitqiniz olmalıdır. Məhz bunların əldə edilməsi həmişə mütaliədən keçir. Müəllim isə daim mütaliə ilə məşğul olmalıdır. Bəzən müəyyən müdavimlər yüksək nəticə göstərsədə başqa müdavimlər onun oxuduğu materialları oxuyur, eyni o nə edirsə bir növ eyni cəhdləri edirlər. Lakin, bu yalnış düşüncədir. Çünki, necə ki, hər bir uşağın fərqli qavrama, yadda saxlama vəya bacarıqları vardır. Eynilə hər bir yetkin insanında fərqli qavraması, yadda saxlama qabilliyəti və bacarıqları var. Siz eyni mövzuları oxuya və ya eyni vəsaitlərdən istifadə edə bilərsiz. Lakin, fərqli nəticələr qaçınılmazdır. Bu da hər bir şəxsin özünün fərqli qavrama və başa düşmək, yaddaşda saxlamağı ilə əlaqədardır. Bunun üçün özünüzün ən yaxşı yadda saxlama metodunuzun nə olduğunu həmişə kəşf edin. İstər müəllim, istər müdavimlər olsun hər hansı bir məlumatları öyrənərkən öz metodunuzu ilk öncə işə salın və sonradan öyrənmə prosesinə başlayır. 


Həsənova Dilbər 
Bakı
 şəhəri Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi 

Oxşar xəbərlər