Dövlətçilik maraqlarını həyat amalı seçənlər - FOTO
26-12-2020, 11:40
178

Dövlətçilik maraqlarını həyat amalı seçənlər - FOTO

Düşmən işğalından azad edilmiş Füzuli torpağının yetirməsi olan Əliş, Sənan, Səid və Şəfəq  Hüseynovlar xeyrxah əməlləri ilə həm Vətən şəhidlərinin, həm də atalarının ruhlarını şad etməyə çalışırlar.

1993-cü ildə ərazinin bir hissəsi və rayon mərkəzi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş doğma yurd yerlərimizdən biri də Füzuli rayonu idi. Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edən Füzuli rayonu təbii iqlimi, iqtisadi patensalı ilə yanaşı, insan resusları ilə də zəngin olub. Təəssüflər olsun ki, 1993-cü ilin avqüst işğalından sonra  rayonun iqtisadi patensalı məhf olmaqla yanaşı, insan resusları da pərən-pərən düşməklə, yurd nisgili, Vətən həsrəti ilə ömürlərini davam etdirdilər. İşğalın yaratdığı mənəvi, maddi, pisixoliji şərtlər bu yurdun insanlarının ayaqda qalmasında çətinliklər yaratsa da, lakin sınmadılar, düşməni sevindirməmək üçün əyilmədilər. Məcburi köçkünçülüyün mənəvi əzabına tab gətirərək, məğrurluğunu itirmədilər. Dövlətə, dövlətçiliyə sədaqət hissi, yurd yerlərinə yenidən dönmək inamları bir an olsun belə azalmadı. Bu sədaqət hissini və inamı övladlarına da aşıladılar, onları Vətən, millət və dövlət sevgisi ilə böyütdülər. 
Yurd itkisini qəlbində yaraya çevirib, məğrur yaşayan şəxslərdən biri də üç layiqli oğul və bir qız övladı tərbiyyə edərək böyüdən, onları dövlətimiz üçün nümunəvi vətəndaş kimi yetişdirən Füzuli rayonunun yüksək hörmətə malik olan, öz əməlləri ilə insanların ehtiramını qazanmış mərhum Nizami Hüseynovdu.
Bu dünyadan doğma yurd nisgili ilə köçən Nizami Hüseynovun ruhu bu gün şaddır. Ruhu pərvaz etdiyi Füzuli rayonu 17 oktyabr tarixində müzəffər Azərbaycan Ordusu tərəfindən düşmən işğalından tam azad olundu və müzəffər Ali Baş Komandanımızın əmri ilə orada Azərbaycan bayrağı qaldırıldı. Nizami kışının ruhu həm də ona görə şaddır ki, onun üç oğlu bu gün dövlətimizin və Vətənimizin layiqli övladları kimi tanınır və sevilir. Əliş, Sənan, Səid Hüseynov qardaşları və Şəfəq xanım ataları Nizami kışının ümüdlərini doğruldan övladlar kimi özlərini cəmiyyətimizdə təstiq  ediblər.
Xeyrxahlığı insanlığın təməli olduğunu anlayan və həyatlarının amalını dövlətə və millətə xidmətdə görən bu qardaşlar etdikləri əməllərin təbliğ olunmasını istəməsələr də, ancaq biz əldə etdiyimiz məlumatları qələmə almaqla cəmiyyətimizə bir nümunə kimi təqdim etməyi lazım bildik.
"Aslanın erkəyi, dişısi olmaz" deyiblər. Bu mərd qardaşların yeganə bacıları Şəfəq xanım xeyrxah əməllərin daşıyıcısı olaraq, heçdə qardaşlarından geri qalmır. Milli, mənəvi dəyərlərimizin simvolu olan dini-etiqat ocaqlarımızın təmiri və bərpası işlərində qardaşları ilə birlikdə öz maddi və mənəvi dəstəyin göstərən Şəfəq xanım inanclı və imanlı şəxslərdəndir.
İş adamı olan bu xeyrxah övladlar hələ Koronavirus bəlasının ölkəmizə ilk tuğyan etdiyi günlərdən ta bu günə kimi, işdən ayrılıb evdə qalmaq məcburiyyətində qalan aztəminatlı ailələrə dəfələrlə ərzaq və digər gündəlik tələb olunan məhsulları göndəriblər. Hələ bundan əvvəl isə, dəfələrlə uşaq evlərinə, kimsəsiz qocalar evlərinə, ön xəttdə xidmət edən əsgərlərimizə bayram sovqatları göndərərək, bununla rahatlıq tapmağa çalışıblar.
27 sentyabr tarixində düşmən təxribatının qarşısının alınması məqsədi ilə Ordumuz tərəfindən həyata keçirilən əks hucum əməliyyatları başlayan vaxtdan bu qardaşlar döyüşən ordunun yanında oldular. Silahlı Qüvvələrimizə Yardım Fonduna müəyyən miqdarda iyanə köçürməklə yanaşı, əsgərlərimizə, şəhid ailələrinə, qazilərimizə maddi və mənəvi dəstəklərini də əsirgəmədilər.
Bu qardaşlardan biri - gənc iş adamı Əliş Hüseynovun Vətən qarşısındakı xidmətləri nəzərə alınaraq, "Əsgərə Xatirə Kitabı"nın  Layihə rəhbəri Nuranə xanım Şixəliyevanın təqdimatı ilə və  Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi İdarə Heyətinin qərari ilə "Vətən Naminə" medalı ilə və həmçinin Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin qərarı ilə "II Vətən müharibəsi zamanı hərbi hissənin şəxsi heyətinə göstərdiyi xüsusi diqqət və qayğı, maddi və mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində göstərdiyi xüsusi fəaliyyətlərə görə" Fəxri Fərmanla təltif edildi. Bu mukafatları öz xeyrxah əməlləri, Vətənə sadaqəti ilə haqq etmiş Əliş Hüseynovu bu münasibətlə təbrik edir, ona layiq olduğu daha böyük təltifləri qəbul etməsini arzu edirik. 
Atalarının dəsti xəttinə, əqidəsinə sadiq qalan  Əliş, Sənan, Səid və Şəfəq Hüseynovları doğma Füzuli torpağının düşmən işğalından azad edilməsi münasibəti ilə göz aydınlığı veririk. İnanırıq ki, bu qardaşlar böyük Füzuli rayonunun əvvəlki şöhrətini özünə qayitması istiqamətində, öz bilik və bacarıqlarını ortaya qoyaraq, bu yöndə dövlətimizə dəstək nümayiş etdirəcəklər. O gün, Nizami Hüseynovun ruhu bir daha şad olacaq.
Cəmiyyət xeyrxah, nur üzlü insanların əməlləri və onların ətrafa yaydığı nurla gözəlləşir. Cəmiyyətimizi gözəlləşdirən insanlarımızı Tanrı qorusun! 





Oxşar xəbərlər