Ölkə Prezidentinin doğum günü münasibəti ilə üç təhsil işçisinin orjinal təbrik paylaşımı - FOTO
26-12-2020, 13:35
252

Ölkə Prezidentinin doğum günü münasibəti ilə üç təhsil işçisinin orjinal təbrik paylaşımı - FOTO

Xəbər verdiyimiz kimi, 24 dekabr tarixində Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin doğum günü münasibətlə "Təhsil Forumu-2020" Facebook qrupu "Xeber Media GROUP" Şirkəti ilə birlikdə bir günlük monitorinq aparıb. 

Monitorinq qrupu təhsil işçiləri, məktəb direktorları, müavinləri və müəllimlərin şəxsi Facebook səhifələrində və məktəblərin rəsmi səhifələrində aparılmışdı. Məqsəd, cənab Prezidentin doğum günü münasibəti ilə orjinal təbrik paylaşımlarını, ziyalı fikirlərini müəyyənləşdirib ictimaiyyətə çatdırmaq idi.  Bu məqsədlə yaradılmış Monitorinq Qrupu 24 saatlıq monitornq nəticəsində 3 orjinal təbrik paylaşımı müəyyənləşdirib. Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, əksər pedoqoların səhifəsində tək şəkildən başqa bir fikir paylaşımına rast gəlinməyib.
 Monitorinq Qrupunun qərarı ilə aşağıdakı üç nəfərin təbrik paylaşımı məqbul hesab edilib.
- Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbinin direktoru Sədaqət xanım Şükürovanın paylaşımı:

"Ərazi bütövlüyümüzü bərpa edərək xalqımızı bütövləşdirən liderim!Xalqımızın məğrurluğunu özünə qaytaran uca İnsan! Şəhidlərimizin qisasini alan, Qazilərimizin haqqını yerdə qoymayan, Böyük Sərkərdə! Yeni şanlı Azərbaycan tarixi yazan Ali Baş Komandanim! 
Tarixin ən güclü diplomati! Regional siyasətçi! Dünyaşöhrətli lider! 100 yaşayin! Ad gününüz mübarək!"

- Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırovun paylaşımı:

"Qələbəmizin memarı, Ali Baş Komandanımız, cənab Prezidentimizi doğum günü münasibəti ilə təbrik edirəm.
Yorulmaz əməyiniz, daxili və xarici siyasətiniz  nəticəsində  dövlətimiz daima uğurlar qazanmışdır. Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, hər bir təşəbbüsünüzdə səmərəli nəticələr və beynəlxalq aləmdə Azərbaycan dövlətinin nüfuzunun möhkəmləndirilməsi yolunda apardığınız  qətiyyətli səylərinizin daima səmərəli olmasını arzulayıram.
Təbriklər "Dəmir yumruq"lu, zəfər qazanmış dövlətimizin Prezidenti!
 #happybirthday mr. #president #IlhamAliyev #Azerbaijan"


- Laçin rayon Taxta Körpü qəsəbə tam orta məktəbinin direktoru Şəbnəm xanım Uğurlunun paylaşımı:

"İllər öncə qəsəbəmizin açılışına gələndə biz köçkünlərə dediniz ki "Mən bu gün ad günümü öz ailəm ilə keçirirəm". Bəli, zamanı gəldi və bütün ölkə olaraq bir ailə olduq. Siz də bu ailənin başçısı kimi, bizi öz arzularımıza çatdırdınız. Siz bir Ali Baş Komandan olaraq, bu xalqı müzəffər xalq etdiniz. Zaman keçəcək, amma tarix bunu hər zaman xatırladacaq. Doğum gününüz qutlu olsun, Cənab Ali Baş Komandan!!!"


Hər üç paylaşım müəllifi "Xeber Media GROUP" Şirkətinin və "Təhsil Forumu - 2020" qrupunun birgə Fəxri Fərmanı ilə təltif ediləcək.
Hər üç pedaqoqu təbrik edirik!

Oxşar xəbərlər