Sevinc gətirən hədiyyə
26-12-2020, 17:46
166

Sevinc gətirən hədiyyə

... Deyim ki, ən cox hədiyyə verməyi xoşlayıram. Bu mənə sevinc gətirir. Ancaq hədiyyə almağın da başqa bir rövnəqi var. Kimdən alırsan, nə hədiyyə alırsan?!..


...Əzizimiz, Milli Ordumuzun baş leyenantı Cavid Səfərlinin Şəhidlik Zirvəsinə qovuşuq gününün 40 məclisindəydik. Qırx gün, qırx gecədir ki, onun qəhramanlıq dastanı yazılır, keçdiyi həyat və döyüş yolu çiyindaşlarının, idarəçisi olduğu “ Sevimlilər”qrupunun, tələbə yoldaşlarının, müəllimlərinin, dostlarının, qohumlarının və tanıyan hər kəsin dilindən düşmür. Və o cümlədən, gənc yazar, istedadlı şair Sevindik Nəsiboğlunun! Elə hüzr məclisində qəhraman döyüşçümüzün əmisi Aqil müəllim Sevindik Nəsiboğlunun “ Kredo” qəzetində getmiş “Zəfərin sərkərdəsi- şəhid baş leytenant” məqaləsini və gənc yazar, şair-publisistin “ Dünyamsan Azərbaycan”, Hərdən uçmaq istəyirəm...”,          “ Könüllərə yol gəzirəm” və “ Ulu Naxçıvanım” ədəbi-bədii kitablarını mənə təqdim etdi. Dedi ki, qələm dostun, ailəmizin əzizi Sevindik balamız bu kitabları Sizə göndərib. Çox məmnun oldum! Ulu Tanrı gənc istedadları, yaxşı insanları, qəlbi-ruhu xeyrxahlığa köklənmiş əməl sahiblərini və SEVİNDİK NƏSİBOĞLU balamızı qorusun!





    Əliyev Sevindik Nəsib oğlu, kimdir? 26 iyul 2008-ci ildə İmişli şəhərində anadan olub. Əslən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindəndir. Hazırda Xırdalan şəhər 9 saylı tam orta məktəbin 7-cı sinfində oxuyur, dərs əlaçısıdır. Kompüter proqramları üzrə mükəmməl bilgiyə malikdir. Vikipediya vasitəsi ilə Azərbaycanımızın keçmişi, bugünü, tarixi şəxsiyyətləri, ədəbiyyat, incəsənət, mədəniyyət nümayəndələri barədə önəmli məlumatlar toplamışdır. 300-dən artıq şeri mətbuatda işıq üzü görüb. 2017-ciildə “ Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin “ Gənc istedad” fəxri diplomuna, 2019-cu ildə “Asiya Fakt” İnformasiya Agentliyinin “ Sizi tanıyaq” layihəsində iştitakına görə uşaqlar arasında “ Ən yaxşı yazar”, ”İlin şagirdi” diplamlarına və “Azərbaycan XXI əsrə istedadlarla” layihəsi çərçivəsində seçilən yerə layiq görülmüşdür.” Kredo” qəzetinin əməkdaşıdır və ölkənin ən gənc ədəbiyyat adamı, yazardır.




... Kitab hədiyyələrinə, şəhid Cavidimiz barədə apardığı tədqiqat məqalələrə görə Sevindik dostuma, əziz və istedadlı balamıza ürəkdən təşəkkür edirəm! Çox sevindim! Əziz Sevindik Nəsiboğlu, qaldı ki, o gözəl şerlərinizi oxumaq, rəyimi bildirmək, o da məndən Sizə bir hədiyyə olar. Özünü qoru, dərslərində mükəmməl ol və bir də o gözəl valideynlərinə bizim və dağma İmişlilərin sevgi dolu salamlarını çatdır...




...Kitabının birinə ad qoymusa” Könüllərə yol gəzirəm”, Siz artıq könüllərdə, qəlblərdəsiniz, yaşa dolduqca qəlb-məkanda da yeriniz boy atacaq, istedadınız üzünüzə bütün qapıları açacaq,inşallah...

      

Səxavət Tağlar Əməkdar müəllim.

Oxşar xəbərlər