“Övladının əlindən tut” layihəsinin növbəti üçüncü seminarı uğurla başa çatdı
28-12-2020, 12:40
326

“Övladının əlindən tut” layihəsinin növbəti üçüncü seminarı uğurla başa çatdı

27. 12. 2020 tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 4-cü qrant müsabiqəsi çərçivəsində Daşkəsən şəhəri Anar Mürsəlov adına 2 saylı tam orta məktəbin müəllimi Türkan Məcidovanın “Övladının əlindən tut” layihəsi çərçivəsində növbəti üçüncü seminarı uğurla həyata keçirilmişdir. Seminar mövcud vəziyyətlə əlaqədar olaraq Zoom proqramında təşkil olunmuşdur. 


Layihənin əsas məqsədi potensial psixoloji-mənəvi zorakılığa məruz qala biləcək şagirdlərin valideynləri üçün onların cəmiyyətə inteqrasiyası, düzgün tərbiyə və təhsillə bağlı dövlət siyasəti və qanunvericiliyini izah etməklə onların təhsil üçbucağında daha yaxından iştirakını təmin etməkdən ibarətdir. 




Seminarı giriş sözü ilə layihə rəhbəri Türkan Məcidova açaraq valideynlərin zorakılıqda rolu, cəmiyyətin abituriyentə mənəvi zorakılıqda rolu, son illərdə rast gəlinən intihar hadisələri haqqında fikirlərini vurğulamışdır. Layihə çərçivəsində keçirilən seminarda valideyn-müəllim birliyi nəticəsində imtahan prosesi ərəfəsi həyəcanı, psixoloji gərginliyinin aradan qaldırılması yolları, valideynlərin dəstəyi ilə uğur qazanılması və şagirdlərə azad seçim imkanlarının yaradılması üçün lazım olan dəstəyin verilməsi üçün addımlar atıldı.




Seminarda layihənin eksperti Samux rayon, Sərkar kənd tam orta məktəbinin müəllimi Günel Əhmədova, Təhsil Nazirliyinin Təhsil meneceri Səbinə Qədirova, Daşkəsən şəhər, Anar Mürsəlov adına 2 saylı tam orta məktəbin müəllimi Sevil Əsədova, Lamiyə Dadaşzadə və layihəyə uyğun olaraq 25 nəfər valideyn iştirak etmişdir. Günel Əhmədova çıxış edərək bildirmişdir ki, uğur qazanmaq üçün daha kiçik yaşlardan şagirdlərə kitab oxumaq vərdişi aşılanmalı, valideynlərin təhsildə rolu daha aktiv olmalı, müəllim-şagird-valideyn assosasiyası yaradılmalı və inkişaf etdirilməlidir. Səbinə Qədirova isə çıxışında şagirdlərə psixoloji dəstəyin vacibliyini, valideyn və müəllimlərin birgə əməyi sayəsində daha uğurlu şəxsiyyət böyütməyin mümkünlüyünü qeyd etmişdir. İştirakçılardan həmçinin valideynlərin sualları cavablandırılmış və fikirləri dinlənilmişdir.

 

                                                       

                                            

Layihənin rəhbəri : Məcidova Türkan Asif qızı

                                                 

 

Oxşar xəbərlər