Qəbələ qazisi Elçin Səmədov
28-12-2020, 18:40
191

Qəbələ qazisi Elçin Səmədov

         Elçin minlərlə müharibəyə gedən hərbiçilərimizdəndir. 20 yaşlı bu gənc müharibəni, onun dəhşətlərini kinolardan bilirdi. Baxdığı kinofilm qəhrəmanlarına da özünü bənzədirdi. Qəhrəmanlığa həsr olunan mahnılar, şerlər əzbərləyirdi. 

         Heç ağlına gəlmirdi ki, bir zaman Elçin də müharibəni gözləri ilə görə, onun dəhşətlərini hiss edə.  

         İkinci Vətən müharibəsində iştirak edən oğullarımızdan heç biri ölmək, yada yaralanmaq üçün müharibəyə getmirdi. Bir amalları varıydı; “Düşməni qovub, öz yurd-yuvalarına qayıtmaq”. Onlar özlərinə sığışdıra bilmirdilər ki, erməni bizim suyumuzu içsin, Cıdır düzündə “at oynatsın”,  bu müqəddəs torpaqlarımızda özləri kimi donuz saxlasınlar.

         27 il bundan əvvəl heç Elçin doğulmamışdı. Ancaq o bir hisslə böyüyürdü; “Torpaqlarımız azad olmalıdır”. 

         Yüzlərlə, minlərlə azərbaycanlı kimi istər məktədə, istər ailədə, küçədə və sair və sair yerlərdə bu hisslə üz-üzə gəlirdi. 

Bığ yeri təzə tərləyi. Zəif vücudlu, gülərüz gənc. Elçinin Vətən sevgisi o qədər çox idi ki, komandir dedi: “Sən gənc əsgərsən, qal Elçin” dedi.  Ancaq Elçin “getməliyəm” dedi.

Hər kəlmə başı “arzum bayrağımız Qarabağda dalğalansın”. Elçin sən balaca vaxtından ailə yükünü çiyninə almışdın indi də “Vətən yükü”.  Hər iki yükün ağırlığı səni qorxutmadı. Sənin o zərif bədənində o böyüklükdə ürəyin var, sən qorxma, məhz ürəyin nə boyda böyük idi ki, qəlpə ürəyinə dəydi. O ürəyin sahibi olan oğlumuza heçnə olmaz. Ən böyük arzuna – Qarabağa gedib öz əlinlə divara vurduğun bayrağı Şuşada, Kəlbəcərdə, Laçında, Xankəndində istədiyin yerə sancarsan. 

         Elçin, mən bunu Naxçıvandan yazıram. Sən əməliyyatdan sağ-salamat çıxarsan, gələrsən “Asabu-kəhf” ziyarətgahına gedərik. İndi mənim iki oğlum var Elçin, Asim.

         Elçin, bütün dualarımız yaralı əsgərlərimizədir. Sizin qanınız, canınız bahasına, əzminiz, əzəmətiniz, qorxmazlığınız, həm də düşmənə nifrətiniz sayəsində alındı. Bir də Ali Baş Komandanın  ətrafında sıx birləşməyiniz qələbəyə apardı. 

         Elçin, sənin üzündən o məsum gülüş əskik   olmasın. Sənin yolunu gözləyəcəm. Mənim el üçün ürəyi döyünən Elçin balam.

 

Kərimova Tərifə Məmməd qızı 

Naxçıvan Muxtar Respublikası

Şərur rayon Mahmudkənd tam orta məktəbinin müəllimi


 

                                                          

Oxşar xəbərlər