"Əsgərə Xatirə Kitabı" Layihəsi Sabirabad, Bilasuvar, Masallı və Cəlilabad rayonlarında - FOTO
30-12-2020, 13:55
71

"Əsgərə Xatirə Kitabı" Layihəsi Sabirabad, Bilasuvar, Masallı və Cəlilabad rayonlarında - FOTO

Layihə rəhbəri Nuranə xanım Şixəliyevanın təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində dörd rayonda 60 dan çox şəhid ailəsi və qazilərlə görüşülüb.

Fəaliyyətə başladığı son 5 il ərzində cəmiyyətə numunə ola biləcək addımlar atan, bir birindən maraqlı silsilə tədbirlər, görüşlər həyata keçirən "Əsgərə Xatirə Kitabı"nın Layihə rəhbəri, Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prezidenti Nuranə xanım Şixəliyeva bu dəfə də qəlbləri fəth edən  aksiyaya imza atdı. "Əsgərə Xatirə Kitabı" Layihəsi Sabirabad, Bilasuvar, Masallı və Cəlilabad rayonlarına son üç gün ərzində təşkil olunan səfər çərçivəsində 60 dan çox şəhid, əsgər ailəsinin və qazilərin evlərinə baş çəkilərək onlara sovqat və xüsusi ilə uşaqların sevincinə səbəb olacaq hədiyələr çatdırılıb.
Layihə rəhbəri Nuranə xanım Şixəliyevanın təşkilatçılığı və gənc sabibkar Məltəm Şixəliyevanın, iş adamı, ictimai fəal, xeyriyyəçi  Əliş Hüseynovun və  xeyriyyəçi sahibkar Vüsal Nərimanovun iştirakı ilə gerçəkləşən xeyrxah səfər çərçivəsində onlarca uşaqla təmasda olunmuş, onların söylədiyi vətənpərvər şerlər, arzular və ürək sözləri dinlənilmişdi.
Səfərin yekunu barəsində Nuranə xanımın fikirlərini öyrəndik:
"Qəhrəman şəhidlərimizə görə bayram əhvalında olmasaq da, ancaq şəhid və qazı övladlarını sevindirmək, onların ruhunu oxşamağı özümüzə borc bildik. Onlara diqqət və qayğı göstərmək, onları sevərək zaman sərf etmək hər birimizin muqəddəs vətəndaşlıq və mənəvi insanlıq borcumuzdur. Hələ də, o uşaqlarla görüşün təsirindəyəm. Bizlər bir ömür şəhid övladlarının yanında olmalıyıq. Onlara atasızlığın acısını yaşamalarına imkan verməməliyik. Onlar özlərini heç zaman tənha hiss etməli deyilik. Allah şəhidlərimizə rəhmət eləsin, övladlarına sağlam gələcək nəsib etsin. Mən fürsətdən istifadə edib, bizim bu səfərimizdə bizə maddi dəstək olan, "Əsgərə Xatirə Kitabı" Layihə komandasına, dövlətimizə, Vətənimizə, xalqımıza təmənnasız dəstək olan yardımsevər dostlarımıza dərin təşəkkürümü çatdırıram. Cəmiyyətimiz xeyrxah insanların saf əməlləri ilə gözəlləşir."

"XeberBiz.com"


















Oxşar xəbərlər