Həmrəyliyimizin Qələbəsi
1-01-2021, 13:37
331

Həmrəyliyimizin Qələbəsi

30 dekabr 2020-ci il tarixində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş Bakı şəhəri 157 nömrəli məktəbin Tərbiyə işləri üzrə direktor müavini Sevinc Quliyeva,158 nömrəli məktəbin Tərbiyə işləri üzrə direktor müavini Nəzakət Cəfərova, 267 nömrəli məktəb-liseyin Tərbiyə işləri üzrə direktor müavini Sevda Vəliyeva,307 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini Aytəkin Əliyeva və 309 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini  Ülkər Cəlilovanın  birgə  təşkilatçılığı  ilə "Həmrəyliyimizin qələbəsi" adlı videokonfrans keçirilmişdir.



Konfransda məktəb rəhbərləri,müəllim və şagirdlər iştirak edirdi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra 158 nömrəli tam orta məktəbin Tərbiyə işləri üzrə Direktor Müavini Nəzakət Cəfərova konfransı açıq elan edərək konfrans iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Konfransda çıxış edərək qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli ,yenilməz siyasi iradəsi və müzəffər ordumuzun şücaəti sayəsində qəhrəmanlıq tariximizin şanlı səhifəsi açıldı.



Konfransda iştirak edən General Polad Həşimovun oğlu Davud Həşimov atasının xatirələrindən danışdı.Dahs sonra şagirdlər vətənpərvərlik mövzusunda şeir,musiqi ifa etdilər .Sonda müxtəlif xarici dillərdə Dünya Azərbaycanlılarına təbriklər söylənildi,Vətən uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət,qazi və yaralı əsgərlərimizə şəfalar diləyərək "Qarabağ Azərbaycandır!" nidaları ilə konfrans sona çatdi.






Oxşar xəbərlər