
Umumi Xəbərlər
2-01-2021, 10:41
305
Xüsusi təyinatlılara həsr olunur - ƏZƏMƏT
Yeni evimiz məni sıxırdı,həyətə düşüb uzun oturacaqda oturub oynamağa uşaq axtarirdim.Hundur,nəhəng cavan oğlan yanımda əyləşdi.Boyum heç onun ayağına da çatmazdı.Toran qovuşurdu deyə uzaqdan Nərgiz müəllimə həmişəki kimi
eynəyi gözündə evinə tələsirdi.İnnab nənə nəvəsini arabada hərləyirdi.
Əlini uzadıb salam verdi.Kisilər kimi.İlk dəfə idi kimsə mənə əl uzadirdi,böyük adamlar kimi.Balaca əllərim pəzəvəng əlin içində itib-batdi.İlk andan qanım qaynadı ona.Uzunun cizgiləri başqa kişilərin ifadəsindən fərqlənirdi.Sərt idi, səni özündən itələyirdi.İsti,qara,parlaq gozləri ,səsinin mülayimliyi özünə çəkirdi.Sohbətləsdik.
Üstündən həftələr keçdi.Oturacaqda Əzəməti görüb özümü həyətə atdim.Yenə balaca əlim güclü barmaqların dəmir gücündən ağrıdı.Dusundum yəqin belə olur əlinlə salamlasanda.Ozumu böyük, güclü hiss edirdim dostumun yanında.
--Demisdin Kəlbəcərdənsən?
Əlini cibinə atıb daş parçası çıxardı
Al səndə qalsın.Dasi alıb "nəyimə gərək" düşünsəm də yanında tolazlamaga ürək etməsəm də,hörmətsizlik olar deyə cibimə qoydum.Xeyli söhbət etdik.Toran qovusurdu.Nərgiz muəllimənin yorğun silueti gorunurdu.İki-uc qadın sohbətləsirdi.Dasi atmagi unutdum.
Bir neçə gündən sonra anam paltarlarımı yuyanda daşı əlinə alıb xeyli baxdı.Das anamı sehirləmisdi."Haradandı?" Təəccüblə anama baxdım.Dasdi da burda soruşulacaq nə vardı ki, anamın təəccübü məndə heyrət yaratdı.
--Əzəmət verib-- dedim.
--Deyirdin neftcidir ?
Daşdı da daş.Qizil deyil ki. Daşın ustundə qirmizi rəngli ləkələr vardı.Duzunu deyim ki, rəngindən özümün də xoşum gəlmişdi.Anam o xınalı daşa çox baxdı,baxdı.Evimizi almamisdan əvvəl qızıllarını yığdığı micrunu gətirib açdı.İcindəki yeganə nişan üzüyünün yanına qoydu.Dusundum ki,qızıldır, mən səhv etmisəm
Əzəmət gah itirdi,gah görünürdü.İtməyi görünməyindən çox olurdu.Həyətdə top qovanda gördüm onu.Dostumun silueti xoşuma gəlirdi.Sanki əyilməyin nə olduğunu bilmirdi .Qəddini heç nə bukə dilməzdi.Ozumu ona bənzətmək istəyirdim,belimi daha bukmurdim.Oyunu tərk edib yanına qaçdım.Onunla söhbətləşmək xoşuma gəlirdi.Cibindən iki ədəd balaca gül çıxardı .Ləcəklərinin qopacagindan sanki ehtiyatlanirdi.Soluxcamisdi güllər.
--Sən o qızı tanıyırsan? --deyib başı ilə yüngülcə işarə etdi.Cevrilib baxdım,Nərgiz müəllimə yorğun,asta,eynəyi gozundə binamıza doğru addımlayırdı.
Qapı qonşumuz müəllimənin əlindən təngə gəlmişdim.Vaxt tapan kimi məni çağırır,misal-məsələdən həll etdirirdi.Suanin sonu görünürdü,misalların yox
Taniyiram--dedim.Hec xoşum gəlmir
--Bu gülləri ona verərsən?--- deyib mənə sarı uzatdı
İlk dəfə idi belə gül görürdüm.Cicəyi quşa bənzəyirdi.Ustundə neçə calar vardı.Əlindən alıb Nərgiz müəlliməyə sarı qaçdım Hovlnak,nəfəsi tincixmis əlimdəki gülü ona uzatdım. Müəlliməm gülə heyrətlə baxdı.
-- Bunu haradan almısan?
Səsindəki təəccub anamın daşı görən zaman soruşduğu çalara bənzətdim."Ola bilərmi ki, anamla Nərgiz müəllimə sozləsib?-- özümə sual etdim
-- Haradan almısan çiçəyi?
--Əzəmət verdi-- deyib başımı oturacağa sarı çevirib əlimi onun səmtinə uzatdım.Əlim yanıma düşdü.Orada heç kim yox idi.Nərgiz müəllimə casqin-casqin üzümə baxdı.Uzundən suallar yağırdı, bilirdi ki, mən o suallara cavab verə bilməyəcəyəm..Dodağımin altında "qorxaq" deyə dostumu məzəmmət etdim.Ozum dediyimi özüm esitmədimsə,müəlliməm hardan esidəcəkdi ki -
Sentyabrın ilk günləri idi.Asta döyülən qapımızı anam açdı,mən də başımı irəli uzadıb gələnin kimliyi ilə maraqlandım. Qapinin
ağzında deyil, xeyli aralıda,pillələrin üstündə Əzəməti görəndə heyrətləndim.--Həyətə düşək -- dedi
.Gulməli idi bu nəhəng oğlanın balaca dostu ola bilərdimi?Əlindəki açarları mənə uzadıb "gullərimə vaxtın olanda su səpərsən,istəmirəm xarab olsun,anamdan xatirədir" .Onu anladım.Buruqdan yəqin ki,gec gələcəkdi.Əllərim ixtiyarsız irəli uzandı,açarları alıb cibimə qoydum.Xeyli sohbətləsdik.
Dərslərimi də çox oxumağı tövsiyyə etdi
Tezliklə İkinci Vətən müharibəsi başladı.Əzəmət da daha görünmürdü.Onun üçün darıxırdım.Tez-tez pəncərədən həyətə boylanırdım..İstəmirdim kimsə onun yerində otursun.O isə gorunmurdu ki, görünmürdü.Havalar soyumuş,muharibə bitmisdi..Artiq neçə ay idi ki,Əzəmət üzə çıxmırdı.Tez-tez gülləri üçün evinə getdiyimi görən anam "evə gətir,birlikdə baxaq,anasından xatirədirsə terg olmağa qoymayaq"dedi.Dibcəklərin üçünü də evimizə gətirdim.Anam "onlar da canlıdır" deyib dibini yumşaltdi,gübrə verdi.Gullər pohrə vermişdi.
Havadan Şuşaya,Kəlbəcərə yagan qarın sazagi gəlirdi.Pəncərədən oturacaqdaki oğlani Əzəmətl oxsatdim.Odur,o deyil düşündüyüm an pəzəvəng əlinin hərəkətindəki ani bənzərlik odur deyirdi.
--Əzə--mət--- qışqırdım .Pillələri düşdüm desəm yalan olar, tullandim.Həyətdə "Əzə--mət" deyib yenə qışqırdım. Səsimdən özüm də heyrətləndim.Dunya boyda sevinc vardı səsimdə.Yuyururdum.
Nə vaxt sakitləsdim,bilmirəm.
Sovq-təbii " müharibədə olub?" sual etdim.Dodagi qaçdı,acının içindən gülüş ötdü,sifətində..Uzunə nur ciləndi bu təbəssümdən.
--Sən qəhrəmansan?-- dedim
-- Yox,qəhrəmanlar torpağın altındakı şəhidlərimizdir.Guclə eşidiləcək səslə "Məndən qəhrəman olmaz" dedi.
Neçə vaxt günlər ağır keçdi,güllərini evinə daşıdım,"əmri layiqincə yerinə yetirdiyin üçün təşəkkür edirəm" deyib, böyük "sağ ol" aldım.Yeni pohrələri görüb sevindi.Hər gün ona baş çəkirəm.arali əlinə,olmayan ayağına dayaq olmaq istəyirəm..Doyus yoldaşları da onu yoluxur.
--Bu kimdir?--sorusan əsgər yoldaşına
--Dostum-- dediyini esitdim.Urəyim köksümə sığmadı,qururlandim.
Bir gün atam əlindəki telefonu mənə göstərib, sənin dostuna oxşayır.,amma adı Əzəmət deyil.
Hərbi formada ,çinli,ciddi,vüqarlı ,dodaqları kip bağlanmış, gözləri gülən bu oğlan Əzəmətin özü idi ki,vardı.Ali baş komandan onu ən uca mükafata təqdim etmişdi.
Anamın "çox qoçaq qızdı,çox qoçaq" adlandırdığı Nərgiz müəllimə Əzəmətə onunla ailə qurmağı təklif etdi.Sonralar bildim ki,xarakterinə görə yoldaşları onu belə adlandırırlar.Bu ad ona çox yaraşırdı. Əzəmət onun ləqəbi imiş.
Sən demə anamın mucrusundəki daş, kitabın səhifəsində qurudulan Xarıbülbül gülü, şəhidlərimiz, parça-parça olmuş Əzəmətin ayağı da, özü də--Vətən imis.
Natiqə Quliyeva.