İlk paradım Mübarək - Şeir
2-01-2021, 16:41
118

İlk paradım Mübarək - Şeir

         İlk paradım mübarək..

Qırx dörd günlük sınağın zəfərlə çatdı başa,
Azadlıq ruhu hopdu Qarabağda hər daşa..
Yaşa,Ali komandan..qəhrəman ordum yaşa..
 Azad olan Qarabağ, azad adın mübarək..!
Bütövlənən Vətənim,ilk paradın mübarək..!

Vətənə haray salanda silahlandı oğullar..
Dünyaya igidliyin nümunəsi oldular..
Çiçəkləndi otuz il donub qalan arzular..
Azad olan Qarabağ, azadadın mübarək..!
Bütövlənən Vətənim, ilk paradın mübarək..!

Qəhrəmanlar qürurla addımlayar sinəndə.. 
Minlərlə şəhidimin qəlbi vurar o anda..
 Özləri olmasa da..ruhları olar orda..
Azad olan Qarabağ..azad adın mübarək..!
Bütövlənən Vətənim..İlk paradın mübarək..!

Qorxmaz, sözünü deyən komandanım var mənim..
Qələbəni yaşadan güclü ordum var mənim..
Qanıyla tarix yazan şəhidlərim var mənim...
Azad olan Qarabağ..azad adın mübarək..!
Bütövlənən Vətənim..İlk paradın mübarək..!


Mahmıyeva Könül Məhəmməd 
Balakən rayon Qullar kənd S.Vurgun adına tam orta məktəbin ibtidai sinif müəllimi 



Oxşar xəbərlər