“MƏKTƏBİMİZİN MƏZUNLARI İLƏ FƏXR EDİRİK!
8-01-2021, 17:09
169

“MƏKTƏBİMİZİN MƏZUNLARI İLƏ FƏXR EDİRİK!

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının yenilməz, qətiyyətli siyasi iradəsi, müzəffər ordumuzun şücaəti sayəsində qəhrəmanlıq tariximizin şanlı səhifəsi yazıldı. 

30 ilə yaxın düşmən tapdağında olan torpaqları azad etmək üçün öz qorxmazlığı, mərdliyi, dəyanətli və mətin iradəsi ilə qəhrəmanlıq salnaməsinin bir səhifəsini də Bakı şəhəri 158 nömrəli tam orta məktəbin məzunu Malik Vaqif oğlu Əzimov yazmışdır.  Malik Əzimov 08.05.1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2005-ci ildə 158 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olmuş, 2015-ci ildə məktəbi bitirərək Qida Sənayesi Kollecinə daxil olmuşdur. 2019-cu ildə Kolleci bitirdikdən sonra hərbi xidmətə çağrılmış, Goranboy rayonunun Ballı Qaya ərazisində,daha sonra Tərtər rayonununda  hərbi xidmət etmişdir. Vətən müharibəsinin ilk günlərindən Talış, Suqovuşan, Ağdərə istiqamətində gedən döýüşlərdə qəhrəmanlıqla iştirak etmişdir.
Hal-hazırda hərbi xidmətini şərəflə davam etdirən Əzimov Malik Vaqif oğlu Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərərək Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”“Vətən Müharibəsi iştirakçısı”medalları ilə təltif edilmişdir.
Güclü Azərbaycan dövlətinin və güclü Azərbaycan ordusunun məğrur əsgəri, 158 nömrəli tam orta məktəbin kollektivi adından səni ürəkdən təbrik edir, uğurlar arzulayır və səninlə qürur duyuruq.
Qarabağ Azərbaycandır!         ·                                  

Bakı şəhəri 158 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Nəzakət Cəfərova. 

Oxşar xəbərlər