QÜRURLA  ARXAYA, İNAMLA YALNIZ İRƏLİ BAXA BİLƏRSİNİZ!
10-01-2021, 22:10
116

QÜRURLA ARXAYA, İNAMLA YALNIZ İRƏLİ BAXA BİLƏRSİNİZ!

Hər kəs bir ömür yaşayır. Təbii ki, cismani mənada. Zaman-zaman yaddaslarda, ürəklərdə, hər zaman bizimlə birlikdə yaşayanlar da var ki, onlar insanlığın ən uca zirvəsində dayananlardır.

Həmin insanlar daha çox mələklər, xilaskar qəhrəmanlar, qeyri-adi bir güc və ilahi qabiliyyətə malik varlıqların həyatda nümunələri, oxşarları, bənzərləri, hətta bəzən onların missiyasını daşiyanlardı. Bax məhz bu cür  dəyərli, həyatda tanıdığım tək-tək yaşatmaq gücündə olan insanlardan biri Bakı şəhəri Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbin müəllim, şagird, valideyn kollektivi tərəfindən böyük hörmət və nüfuza sahib olan məktəbin psixoloqu Şövkət xanım Dadaşovadır. 
Gənc nəslin əsl vətəndaş kimi yetişməsində böyük xidmətləri olan, zahiri görkəmindən başlayıb daxili zənginliyindən kamillik zirvəsinə qalxan,dərin hörmət və məhəbbət bəslədiyimiz Şövkət müəllimə sevimli peşəsinə yüksək səviyyədə xidmət etməyi özünə borc bilərək şərəfli ömrünü başdan-başa təhsilə, məktəbə həsr etmişdir. Nümunəvi pedaqoji fəaliyyəti ilə məktəbin həyatında özünəməxsus yer tutan Şövkət müəllimə peşəkar psixoloq kimi şagirdlərdə yüksək əxlaqi dəyərlər aşılanmasına xüsusi diqqət yetirərək, onları Vətənə böyük sevgi və məhəbbət ruhunda tərbiyə etmişdir. Qayğıkeş ana, mehriban nənə, səmimi dost, əsl pedaqoq, Azərbaycan xanımına xas olan bütün xüsusiyyətləri özündə  əks etdirən gözəl insan, Şövkət müəllimə, Sizə Allah Təalanın ən ülvi neməti olan can sağlığı arzu edirik. Geridə qoydugunuz, gənclərə örnək olan şərəfli yolunuzla fəxr edib,  qürurla arxaya və  inamla yalnız irəli baxa bilərsiniz.

Nəzakət Cəfərova

Oxşar xəbərlər