Goranboy rayonu üzrə başlayan “Həmkarlarımıza dəstək” könüllü layihəsi uğurla həyata keçirilir.
19-01-2021, 14:06
405

Goranboy rayonu üzrə başlayan “Həmkarlarımıza dəstək” könüllü layihəsi uğurla həyata keçirilir.

Artıq bir ilə yaxındır ki, ölkəmizdə tüğyan edən COVİD-19 pandemiyası səbəbi ilə təhsil sisteminin əyanidən distant təhsilə keçid yaranmışdır. Təhsil Nazirliyinin Microsoft şirkəti ilə əməkdaşlığı nəticəsində ərsəyə gələn “Virtual məktəb” platformasında müəllimlər öz dərslərini rahat şəkildə tədris edə bilirlər. Virtual məktəb platformasına inteqrasiya olunmuş veb-alətlər müəllimlərin hər zaman köməyinə çatır və dərslərini daha rəngarəng edir. 

Ancaq təəssüf olsun ki, bəzi həmkarlarımızı bu veb-alətlərdən xəbərləri olmur və ya həmin veb alətlərdən istifadə edə bilmirlər. Bu məqsədlə Goranboy rayonunda “Həmkarlarımıza dəstək” layihəsi həyata keçirilir. Layihənin rəhbəri Goranboy rayon üzrə Təhsil Meneceri Eşqin Axundlu və təşkilati dəstək Goranboy Rayon Təhsil Şöbəsidir. . Layihənin əsas məqsədi ümumtəhsil məktəblərində müəllimlərin texnoloji yeniliklərlə tanış etmək və onları öz dərslərində tətbiq etməsindən ibarətdir. 



Layihə necə həyata keçirilir? Layihə üçün ümumtəhsil məktəblərinin hər birindən 1 və yaxud 2 nəfər informatika müəllimi ( o cümlədən digər fənn müəllimləri) layihəyə cəlb olundu. Cəlb olunan müəllimlərə Eşqin Axundlu tərəfindən 3 günlük “veb alətlər” təlimi keçirildi.Təlim zamanı müəllimlər kahoot, learningaps, google forms veb alətləri və o cümlədən fənn müəllimlərinin öz dərslərində istifadə etməsi üçün bir sıra internet resursları ( didax, toytheater, primaryresorce və.s) tanış oldular.  




Təlim keçmiş müəllimlər isə öyrəndikləri bilik və bacarıqları öz məktəblərində onlayn şəkildə müəllimlərlə paylaşdılar. Ümumilikdə layihəyə 45 təlimçi-müllim cəlb olundu. Hal-hazırda təlimçi-müəllimlər tərəfindən məktəblərdə digər müəllimlərə “veb alətlər” öyrədilir. İndiyə qədər  200-dən çox müəllim bu təlimdən yararlanıb. Təhsil Meneceri Eşqin Axundlunun verdiyi məlumata görə bu təlimlər davamedicidir. Artıq növbəti aylarda müəllimlər üçün başqa təlimlər planlaşdırılır ki, bu da öz növbəsində müəllimlərin İKT bacarıqlarının artırılmasına yönələcək. 



Layihə rəhbəri: Eşqin Axundlu
0 0

Oxşar xəbərlər