Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin yekunlarına əsasən onlayin təlim - FOTO
7-02-2021, 10:40
526

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin yekunlarına əsasən onlayin təlim - FOTO

Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin yekunlarına əsasən ümumtəhsil məktəb kateqoriyası üzrə  qalib olmuş və artıq icrasına başlanılmış layihələrdən biri də Şamaxı rayon Ak.H.Hüseynov adına Çarhan kənd tam orta məktəbin qalib olduğu " Azərbaycan dili və ədəbiyyat fənni üzrə istedadlı şagirdlər üçün olimpiada məktəbi " layihəsidir. 

TehsilXeber.com xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycan dili və ədəbiyyat fənni üzrə istedadlı şagirdlərin aşkara çıxarılması və onlarla işin təşkilinin həyata keçirilməsidir. 14.11.2020-ci il tarixdə layihənin onlayn təqdimatı təşkil edilmiş və təlimlərə start verilmişdir. Təlimlərə Şamaxı rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərindən müsabiqə yolu ilə seçilmiş VII və VIII sinif şagirdləri cəlb edilmişdir.
Layihənin reallaşmasında iştirak edən komanda üzvləri: layihə rəhbəri Afaq Orucova, ekspertlər- Tofiq Sadıxov və Emin Orucov, peşəkar təlimçilər- Vüqar Adilov və Sənubər Şükürova, psixoloq Süburə Cəbrayılovadır.
Layihənin icra müddəti 15.10.2020-15.04.2021-ci il tarixdə davam edəcək.Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.



0 0

Oxşar xəbərlər