Köçürülmə üçün müraciət edən tələbələrin sayı AÇIQLANDI
8-02-2021, 19:45
43

Köçürülmə üçün müraciət edən tələbələrin sayı AÇIQLANDI

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.


Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 1-dən transfer.edu.az portalından 969 nəfər tələbə orta ixtisas təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. Onlardan 198 nəfəri sorğusunu təsdiq edib. Portal vasitəsi ilə ali təhsil müəssisələrinə köçürülmək üçün  qeydiyyatdan keçənlərin sayı 5990 nəfər olub. Onlardan 2721 nəfəri öz sorğusunu təsdiq edib.
Tələbələr tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirlər. Nəticələr mart ayında elan olunacaq.

0 0

Oxşar xəbərlər