Ağcəbədidə redaktor xanıma "Qızıl Qələm" mukafatına təqdim edildi
9-02-2021, 12:45
61

Ağcəbədidə redaktor xanıma "Qızıl Qələm" mukafatına təqdim edildi

Şairə Məhsəti Musa "Qızıl Qələm" media mukafatı ilə təltif edildi.


"Xeber Media GROUP" Şirkətinin təqdimatı və KİV İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə Ağcəbədi rayonununun  "Aran"  qəzetinin baş redaktoru, istedadlı şairə Məhsəti Musa 2 fevral Gənclər Günü münasibəti ilə "Qızıl Qələm" media mukafatına layiq görülmüşdü. Mukafatı laureanta təqdim etmək Həmkarlar İttifaqı tərəfindən "Xeber Media GROUP" Şirkətinin rəhbəri Etibar Toğrula həvalə edilmişdi. Bu gün Etibar Toğrul Ağcəbədi rayonunda "Aran" qəzetinin redaksiyasında istedadlı yazar Məhsəti Musaya layiq görüldüyü "Qızıl Qələm" media mukafatının diplomunu və vəsiqəsini təqdim etdi.
Bu münasibətlə "Xeber Media GROUP" Şirkəti və XeberTehsil.com saytı adından Məhsəti xanımı təbrik edir, ona yeni-yeni yaradiciliq uğurları arzu edirik.

Dəyanət Uğur,
Ağcəbədi.



0 0

Oxşar xəbərlər