Orta məktəb müəllimləri üçün ixtisasartırma kursu başa çatıb
11-02-2021, 12:20
90

Orta məktəb müəllimləri üçün ixtisasartırma kursu başa çatıb

Naxçıvan Dövlət Universitetində Fizika, Kimya və Biologiya fənlərini tədris edən müəllimlər üçün təşkil edilən onlayn ixtisasartırma kursu yekunlaşıb. 

Bu məqsədlə keçirilən tədbirdə çıxış edən universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov ali məktəbdə tədris üçün yaradılan yüksək şəraitdən, elmdə və təhsildə qazanılan uğurlardan söhbət açıb. Qeyd olunub ki, ali və orta ümumtəhsil məktəbləri ilə belə əlaqəli tədbirlər bilik və təcrübə mübadiləsi, gələcək pedaqoji fəaliyyət prinsiplərinin düzgün müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, kursun keçirilməsində əsas məqsəd orta məktəb müəllimləri ilə universitet arasında əlaqələri genişləndirməkdir.
 
Ümumi və nəzəri fizika kafedrasının müdiri, dosent  Fərman Qocayev diqqətə çatdırıb ki, kursun keçirilməsi muxtar respublikada bu ixtisas üzrə müəllimlərin peşə bacarıqlarının möhkəmlənməsində xüsusi əhəmiyyətə malikdir.
 
Tədbirin sonunda kursu başa vuran müəllimlər universitet tərəfindən sertifikatla təltif edilib.
 
Qeyd edək ki, 3 ixtisas üzrə keçirilən ixtisasartırma kursu 5 gün davam edib. Təlimə Biologiya və Fizika üzrə 30, Kimya fənnindən isə 25 müəllim qatılıb.  Kurs həmin ixtisasları əhatə edən kabinə və laboratoriyalarda hər gün 2 saat olmaqla təsdiq edilmiş qrafik və müəyyən olunmuş mövzular əsasında keçirilib.
 
0 0

Oxşar xəbərlər