"Əsgərə Xatirə" layihəsi daha bir səfərini reallaşdırdı - FOTOLAR
17-02-2021, 10:48
54

"Əsgərə Xatirə" layihəsi daha bir səfərini reallaşdırdı - FOTOLAR

Hər zaman şəhid ailəsinin  dərdinə şərik olmağı, qazimizin acısına məlhəm olmağı qarşısına ali məqsəd kimi qoymuş "Əsgərə Xatirə" layihəsinin komandası öz missiyasına sadiq qalaraq növbəti xeyrxah səfər proqramın həyata keçirdib.

Azərbaycan Respublikası Müdafiə Mazirliyinin birgə əməkdaşlıgı ilə "Əsgərə Xatirə" layihəsi 12, 13 və 14 fevral tarixlərində şəhid ailələri, övladları, valideynləri və qazilər ilə görüşlər keçirtmək məqsədi ilə Ağstafa, Tovuz, Gədəbəy rayonlarına səfər etmişdi.
Səfərdə məqsəd bu qəbildən olan ailələrə baş çəkmək, həmin ailələrdə böyüyən körpə qəlbləri sevindirmək üçün onlarla müəyyən vaxt keçirib həmrəylik nümayiş etdirmək, bu insanlara həm maarləndirici, həm hüquqi, həm psixoloji və ən əsası isə mənəvi dəstək  olmaq idi. 
Görüşlərdən öncə uzun illər YAP Gənclər Birliyinin sədri olmuş, cənab Prezidentin yüksək etimad göstərdiyi Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovla görüşərək ona "Əsgərə Xatirə" layihəsi adından "Zəfər" plaketi təqdim edildi. Plaketi  "Əsgərə Xatirə"nin layihə rəhbəri Nuranə Şixəliyeva təqdim etdi. 
Bundan sonra Nuranə Şixəliyevanın başçılıq etdiyi nümayəndə heyəti Ağstafanın igid övladı, məktəb direktoru vəzifəsindən imtina edərək döyüşə yollanan və torpaqlarımızın azadlığı uğunda qəhrəmancasına şəhid olan İmaməliyev Elvin Elsevər oğlunun ailəsinə baş çəkmək üçün Ağstafa rayonunun Qırılı kəndinə olmuşlar. Burada şəhidimizin atası ilə görüşən səfər iştirakçıları Elsevər İmaməliyəvin dərdinə şərik olduqlarını, Elvinin tək onun övladı deyil, xalqımız igid övladı olduğunu bildirərək, şəhidin ruhuna dualar etmişlər.
Daha sonra "Əsgərə Xatirə" layihəsinin nümayəndə heyəti Ağstafa, Tovuz və Gədəbəy rayonlarından olan şəhid ailələrinə və qazilərə baş çəkərək onlara mənəvi dəstəklərini bildirməklə yanaşı, həm də apardıqları sovqatları da çatdırmışlar. Səfər zamanı 43 şəhid ailəsinə, 9 qaziyə və əsirlikdən qayıdan Amin Musayevə baş çəkilərək, bu insanlarla həmsöhbət oldular, qayğıları ilə maraqlandılar, uşaqlara geniş vaxt ayrıldı, onların uşaq dünyasına baş vurdular. Bu görüşlərin hər biri bu ailələrə mənəvi təsəlli olmaqla yanaşı, onlarda gələcəyə inam hissinin yüksəlməsinə səbəb oldu.
"Əsgərə Xatirə"nin layihə rəhbəri Nuranə xanım Şixəliyeva hər bir görüşü - Hər zaman sizn yanınızdayıq, cəmiyyətimiz sizi heç zaman tək qoymayacaq. Sizlər, sizin övladlarınız Azərbaycanımıza zəfər yaşatdı. Bu zəfərə görə bizlər sizlərə borcluyuq. Eşq olsun müzəffər Azərbaycan Ordusuna! Var olsun Ali Baş Komandanımız! Qarabağ Azərbaycandır! - fikirləri ilə yekunlaşdırıdı.
Səfər çərçivəsində Tovuz elinin dəyərli siması, tanınmış həkim Nəsib Nağıyev də ziyarət olundu. O, tək Tovuzda deyil Gədəbəy, Şəmkir, Gəncə, Qazax, Ağstafa  bölgələrində böyük hörmətə və nüfuza sahibdir. Ağsaqqal böyük söz sahibidir. Dəyərli Nəsib həkim Bakıdan gələn qonaqları böyük sevgi və sayğı ilə qarşılayıb, yuksək qonapərvərlik göstərərək, "Əsgərə Xatirə" layihəsinin fəaliyyətinə, həyata keçirilən xeyrxah aksiyaya xeyr-dua verib, öz dəyərli tövsiyələrini söylədi.
Səfər görüşlərində "Əsgərə Xatirə"nin layihə rəhbəri Nuranə Şixəliyeva, layihənin icraçı direktoru Məltəm Şixəliyeva ilə yanaşı Müdafiə Nazirliyinin bir qrup zabiti və 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən millət vəkili seçilmiş Arzu Nağıyev də görüşlərə qatılmışdı.












































0 0

Oxşar xəbərlər