Qəlbimizdə yaşayan şəhidimiz- FOTO
18-02-2021, 21:42
125

Qəlbimizdə yaşayan şəhidimiz- FOTO

18 fevral 2-ci Qarabağ müharibəsinin ilk günlərindən könüllü olaraq döyüşlərə qoşularaq qəhrəmanlıqla vuruşub şəhadətlik zirvəsinə yüksələn, ölümündən sonra "Xocavəndin azadlığı uğunda", "Fizulinin azadlığı uğunda", "Cəbrayılın azadlığı uğunda" və "Vətən uğrunda" medalları ilə təltif olunmuş İslamov Elvin Elçin oğlunun doğum günüdür.

Bu münasibətlə təhsil aldığı Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə şəhidə həsr olunmuş guşənin qarşısında qəhrəmanımızın xatirəsi yad edilmişdir.
Məktəb rəhbərliyi şəhidin ailəsini ziyarət etmiş, ailə üzvlərinin Elvin haqqında xatirələrini dinləyərək, şəhidin həyat səhifələrini əks etdirən fotoşəkillərə baxmısdılar. Sonra birlikdə şəhidlər xiyabanına gedərək, şəhidin məzarı önünə əklil qoymuş və şəhidin xatirəsini ehtiramla yad etmişdilər. 
Məktəbin direktoru Mehriban xanım Ələkbərova şəhidin məzarı önündə çıxış edərək söyləmişdir:
- Məktəbimizin fəxri olan Elvin bütün Azərbaycan xalqının qəlbində daim yaşayacaq, onun xatirəsini hər zaman əziz tutur, şagirdlərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında şəhidlərin qəhrəmanlıq salnaməsininin bir örnək olduğunu hər zaman qeyd edirik.
Məktəbin hərbi geyimli vətənpərvər şagirdləri şəhidin məzarı önündə qəhrəmana həsr olunmuş şeirlər söyləmişdilər.
Elvin və onun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.








0 0

Oxşar xəbərlər