Olimpiada məktəb - Şamaxı rayon Çarhan kənd tam orta məktəbin layihəsi -FOTO
20-02-2021, 20:37
254

Olimpiada məktəb - Şamaxı rayon Çarhan kənd tam orta məktəbin layihəsi -FOTO

Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olmuş layihələrdən biri də Şamaxı rayon Ak.H.Hüseynov adına Çarhan kənd tam orta məktəbin "Azərbaycan dili və ədəbiyyat fənni üzrə istedadlı şagirdlər üçün olimpiada məktəbi" layihəsidir.

Layihənin əsas məqsədi Azərbaycan dili və ədəbiyyat fənni üzrə istedadlı şagirdlərin aşkara çıxarılması və onlarla işin təşkilinin həyata keçirilməsidir. Pandemiya şəraitinin tələblərinə uyğun olaraq layihənin 14.11.2020-ci il tarixdə onlayn təqdimatı keçirilmiş  və təlimlərə start verilmişdir.
Bu təlimlərə Şamaxı rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərindən müsabiqə yolu ilə seçilmiş VII və VIII sinif şagirdləri cəlb edilmişdir. Layihənin reallaşmasında iştirak edən komanda üzvləri: layihə rəhbəri Afaq Orucova, ekspertlər- Tofiq Sadıxov və Emin Orucov, peşəkar təlimçilər- Vüqar Adilov və Sənubər Şükürova, psixoloq Süburə Cəbrayılovadır. Layihə 15.10.2020-15.04.2021-ci il tarixlərini əhatə edəcək.
" Azərbaycan dili və ədəbiyyat fənni üzrə istedadlı şagirdlər üçün olimpiada məktəbi " layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu günlərdə Respublika Fənn olimpiadasının rayon (şəhər) mərhələsinin nəticələri açıqlandı. Sevindirici haldır ki, yarımfinal turuna vəsiqə qazananlar içərisində layihədə iştirak edən 8-ci sinif şagirdləri: Xıdırova Nərmin, Salahova Zeynəb Və Nurlan Əzizli də var.  
Şagirdləri təbrik edir və yüksək nailiyyətlər arzulayırıq!





0 0

Oxşar xəbərlər