Dünya nə qədər susacaq
24-02-2021, 18:29
1 615

Dünya nə qədər susacaq

  II dünya müharibəsindən sonra hamı faşist kolonlarında insanlara edilən zülümdən danışıb, vəhşilik adlandırırdı. Amma heç bir azərbaycanlı ağlına belə gətirməzdi ki, dünya tatixində misli görülməmiş soyqırım nə vaxtsa öz evində başına gələ bilər. Bəli öz kəndində, öz evində, ailəsi ilə gələcəyi üçün xəyallar quran zaman qana susamış murdarların hücumuna məruz qalmağı heç kim gözləməzdi. Bəs bu insanlar nə etmişdi? Nə günah işlətmişdi? Kimin haqqını tapdalayıb, çörəyini əlindən almışdı? Tək günahı sovet müstəmləkəsindən yenicə çıxmış müstəqil ölkənin daşı- qayası qızıldan torpaqlarında yaşamaq idi. O torpaqlar ki, əsrlər boyu dört bir yandan yağmalanıb ələ keçirilmək istənən, uğrunda neçə-neçə canlar alınan cənnət diyarları. 

   1990-cı ilin Qanlı yanvar faciəsi necə gecə dinc əhalinin üzərinə tanklarla hücum edilmişdi, eyni qayda ilə yenə gecə əhaliyə hücum olundu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366- cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım Xocalı faciəsidir. 

  Həyatın nə olduğunu anlamayan oyuncaqlarla saatları keçən körpələrin diri-diri dərisinin soyulması, hamilə qadınların qaynayan somavara bağlanması, bütün ailə üzvləri ilə birgə diri-diri yandırılması, yaşlıların qızmaköz üzərinə uzadılıb kürəyində yerinməsi, ana bətnindəki körpəni süngüyə keçirdilməsi nə zaman görülüb və ya eşidilib? Amma dünya ölklələri hələ də bu vəhşiliyə susur. 

Milli qəhrəman Çingiz Mustafayevin çəkdiyi videolara baxıb gözlərini yumanlar nəyi gözləyir? Yer üzündən azərbaycanlıların silinməyinimi? Erməni yazar Zori Balayanın kitabında yazdıqlarını oxumağa ürək dözmür. İnsan nə qədər qana susamış murdar ola bilər ki, 13yaşlı 3 qızı 7dəqiqə ərzində dərsini üzüb fəryadlarından valeh olduğunu fəxrlə qələmə alsın. Qondarma erməni soyqırımını tanıyanlar, bu körpələr sizin övladınız olsa yenə də ermənilərə haqq verərdinizmi? 

      Azərbaycan xalqı dözümlü və səbrli xalqdır. Bu qədər zülmü yaşayıb, səbrlə sülh yolu ilə öz evlərinə qayıdacağı günü gözləmək yalnız ürəyində mərhəmət hissi və vətən sevgisi olan azərbaycanlılara məxsusdur. Ali baş komandan İlham Əliyev və şanlı ordumuzun sayəsində bu gün qalib ölkə olduq. 44 günlük Vətən müharibəsində tarix yazan igidlərimiz canları bahasına düşməni susturdu. Bir daha sübut etdik ki, yalnız öz haqqımızı istəyirik. Qapı pəncərəni söküb qaçanda uşağına əhəmiyyət verməyib evdə tərk edəndə, o uşağa əsgərlərimiz çörək su verdi öldürmədi.  Çünki bizim analarımız vəhşilik yox, sevgi aşılayır  

      Hümanitar yardım adı altında silah göndərənlər, Xocalı faciəsini bilə-bilə nə vaxta qədər nahaqqın yanında olacaqsız? Biz ədalət istəyirik! Xocalı cəlladlarına edam istəyirik! Qətl edilən 1000-lə vətəndaşımızın haqqını istəyirik! Dünya miqyasında 26 fevral gününün matəm elan edilməsini tələb edirik! 

Qarayeva Aysel
Yevlax rayon Bəylər Alıyev adına Salahlı kənd tam orta məktəbin Fizika müəllimi
214 25

Oxşar xəbərlər