Xocalıya Ədalət
24-02-2021, 18:06
394

Xocalıya Ədalət

Azərbaycan illər boyu təqiblərə, işğallara məruz qalmışdır. Bu mübarizə meydanında itkin düşənlərimiz də olub, Şəhid olanlar da. Milletin bir millet kimi formalaşmasında, tarix boyu özünü təsdiq eməsi üçün qurban verməyi tələb olunur. Çünki, bu qurbanların, bu Şəhidlərin mübarizəsi nəticəsində xalq öz müstəqilliyini qazanır, Şəhidlər isə əbədi olaraq, Şəhidlik zirvəsinə ucalırlar.
Xocalı da, bizim mərd, igid ogullarımız tərfindən mərdliklə müdafiə olundu. Lakin, erməni separatçı qüvvələrinin işğalçı  siyasəti nəticəsində Xocalı sakinlərinə amansız vəhşiliklə divan tutuldu. 1992-ci il, fevralın25-dən 26-na keçən gecə erməni separatçıları, keçmiş SSRI-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalını zəbt etdilər.Xocalı dünyada misli görülməmiş, dəhşətli bir faciə ilə üzləşdi.
Zirehli texnikadan atəşə tutulan Xocalı yerlə-yeksan edildi. Məqsəd isə bəlli idi... Azərbaycanlıları məhv etmək və torpaqları ələ keçirmək! Ermənilər bu məkrli məqsədlərini xalqımızın oğullarına, qızlarına, ağbirçək nənələrimizə, ağsaqqal babalarımıza divan tutaraq həyata keçirtdilər. 2500 nəfər əhali Xocalını tərk edib, Ağdama çatmaq ümüdilə şəhəri tərk etdilər. Lakin onlar düşmən gülləsinə tuş gəldilər. Soyuq fevral gecəsində meşədə donanlar da oldu, düşmən əlinə keçməmək üçün körpəsini əllərilə boğan analar da... Lakin, düşmən öz hiyləgər missiyasını burada da həyata keçirtdi. Səlis azərbaycan dilində danışan ermənilər  yerli əhalini aldadıb, əsir götürdülər. Mənfur düşmənlərin törətdiyi bu Qanlı faciə nəticəsində neçə-neçə ailə başsız, uşaqlar atasız-anasız qaldılar.
Xocalıda doğulan körpələr bağçaya, məktəbə gedə bilmədilər, Xocalıdakı analar qızlarına xeyir-dua verib, gəlin köçürə bilmədilər. Xocalıdakı nənələr nəvələrinin başına sığal çəkib, onlara nağıl söyləyə bilmədilər. Çünki, onlar amansızlıla qətlə yetirildilər. Başlarının dərisi soyuldu, gözləri çıxarıldı, hamilə qadınların körpələri ana bətnində ikən məhv edildi.
Xocalı çox dəhşətli bir faciə yaşadı. Donmuş cəsədlərə işgəncə verən ermənilər bir daha dünya ictimaiyyətinə özlərinin necə alçaq, murdar xislətli olduqlarını sübut etdilər. Bu soyqırım nəticəsində 613 nəfər həlak olmuş, 63 nəfər uşaq qətlə yetirilmişdir. 106 nəfər qadın amansız işgəncələrlə öldürülmüşdür. 70 nəfər qoca və 8 ailə tamamilə məhv edilmişdir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir!
Əziz xalqım, əziz millətim, biz heç vaxt "Xocalı"nı unutmayaq,çünki, orada məhv olan insanların ruhu bizi bağışlamaz. Allah onların hər birini rətmət eləsin! Mən bir azərbaycanlı olaraq, istər "20 Yanvar"da, istərsə də "26 Fevral"da alqana boyanmış cavanların, qocaların, gəlinlərin, nişanlı qızların ruhları qarşısında baş əyirəm! Unutmayın!
Biz Xocalını unutsaq, başlarının dərisi soyulmuş cavanların, işgəncə verilmiş qızların, gözləri önündə övladları öldürülən ataların ruhu, təndirin içinə atılıb üstünə neft tökülüb diri-diri yandırılan qardaşların ruhu, gözləri çıxarılan körpələrin ruhu bizi bağışlamaz! Mən, insanlıq adına dünya ictimaiyyətindən "Xocalıya ədalət" istəyirəm. Qoy bütün dünya bilsin ki, Azərbaycan çox dəhşətli bir soyqırımına məruz qalmışdır. Və bu dövlət heç vaxt, heç bir zaman mənfur düşmənlərini bağışlamayacaq!


Gūlūşova Flora
Neftçala rayonu Şəhid Samid Imanov adına 1 saylı məktəbin fransız-dili mūəllimi

26 12

Oxşar xəbərlər