Mən özümü  biləndən bəri gecəm, gündüzüm XOCALI olub
24-02-2021, 18:52
495

Mən özümü biləndən bəri gecəm, gündüzüm XOCALI olub

Bəlkə də uşaq olduğuma belə düşünmüşəm. Amma düşünürdüm ki, əgər mənə desələr ki, ailəni, özünü öldür.. O, zaman XOCALI faciesi olmayacaq, QARABAĞ müharibesinde heç kim olməyəcək..Heç düşünmədən edərdim. Indi düsündükce müharibənin uşaq psixologiyami nece mehv etdiyini başa düşürəm. Mən illərlə XOCALI faciəsi gunu evden çıxa bilməmişəm.. Məktəbə getməmişəm.. Hər kəs mənim 26 fevralda məktəbə gedə bilmədiyimi bilirdi.. Küçəyə beıə çıxmırdım.. Elə bilirdim, çölə çıxdığım  an ermənilər hər tərəfdə  məni əhatəyə alacaq.. Yatarkəm uşaqlar maraqlı nağıllar haqqında düşünər. .. Mən isə elə bilirdim ki, binanin hər tərəfində tanklar var.. Xəyallarımda  ermənilərlə çarpışır, vuruşurdum. Onları insan kimi təsəvvür edə bilmirdim.. Əcaib-qərar  varllılar olaraq düşünürdüm. Həm qorxurdum, həm  də qəribə cəsaretim var idi. Kitabxanadan QARABAĞım XOCALIM haqqında olan kitabları alıb, , oxuyurdum.. Hələ kitablar kiril əlifbası ile idi..Gecə hami yatandan sonra oxuyar, məktəbə gedende döşəylərin altında gizlədərdim.. Anam tapıb, oxumasın deye.. Çünki, onun erməni gulləsiylə yaralanıb, ağrayan canına oradakı şəkillər, yazılar daha da pis edirdi.. 613 Şəhidin adını, gullənin necə dəydiyini tək-tək  yazmmışdım.. Həm qorxurdum, aglaylrdım həm də yazırdım.. 26 fevralda əvəllər gecələr XOCALIMA aid kinolar verilirdi.. Yatmırdım, gizlincə baxırdım.. Bütün bunları 5 ya 6da oxuyanda edirdim..Çünki, düsünürdüm ki, mən bunları etməsəm,mən  bilməsəm heç kim Oyrenmeyecek. Heç kim bilməyəcək..Heç kimin tarixin bu qaranlıq sehifəsindən xəbəri olmayacaq. Əgər mən qorxsam heç bir uşaq QORXMAYACAQ deyə düşünürdüm.. İndi evimin avtobus dayancağının qarşısı duzəndi.. Və mən hələ də avtobus gözlədiyim  müddətdə həmin düzəndə XOCALIMDA həlak olunanların cəsədlərini, qışqırıqlarını eşidirəm. XOCALIM mənim ürəyimdə, heç zaman qaysaq bağlamayan, içdən-içə qanayan YARAMoldu!! XOCALIM mənim xəyallarımda ağ rəngin, qırmızıya nifrət etdiyi rəng oldu!! Ağ, tərtəmiz qarın üzərini, günahsız insanların, körpələrin qanıyla yuyulanŞƏHƏRİMoldu.. XOCALIM yaddaşımda qulaqların kar, gözlərin kor olmasını istədiyim cəhənnəmə döndərilən  CƏNNƏTİM oldu.. XOCALIM düşüncələrimdə axan çayların durmasını, zamanın dayanmasını istediyim MƏKANIM oldu.. XOCALIM uşaqlıq illərimdən bu yaşıma qədər ürəyimin başında həmişə köz oldu. O köz hər zaman odlu alovlu gözyaşlarımla vulkan kimi coşdu, daşdı. Yene məni yandırdı. Yenə məni sovurdu. Mənim illərim belə keçdi. Və bundan sonrakı illərim bu şəkildə davam etməyəcək!! XOCALIMIN azad olunmasıyla ölmüş, gerçəkləşməyəcəyin düşündüyüm bütün arzularım, diləklərim yenidən cücərdi. İlk dəfə haradasa XOCALIMIN adını oxuyanda, kədərdən deyil də, sevincdən saatlarla doyunca ağladım. Bu ağlamaq indiyədək olanlar kimi deyildi. Sanki gözyaşlarım ürəyimdəki közün üzərinə damla - damla düşür İllərdir məni yandırıb, yaxan közərtisini cızz edib söndürməyə başladı. Bircə gün XOCALIM sənə yetim, urəkdən nəfəs alım, sonra Ölüm. Son dileyim budur ALLAHIMDAN..

Bayramova Siyatel 
Laçın rayonu Ağoğlan kənd tam orta məktəbin Tarix muellimi
3 8

Oxşar xəbərlər