Xocalı qan ocağına çevrildi
24-02-2021, 18:09
151

Xocalı qan ocağına çevrildi

                                         

  20 Yanvar faciəsindən cəmi 2 il keçmişdi. O müdhiş  gecənin dəhşətləri hələ də göz önündən getməmişdi, hələ də ürəklər göynəyirdi.Amma sən demə ən böyük  faciə qabaqda imiş - Xocalı qırğını….

1992-ci il Fevralın 25-dən 26-na keçən gecə Xocalı qan ocağına çevrildi. Xocalıların fəryadı dağı daşı  lərzəyə gətirdi.Yerlə Göy iniltidən birləşdi, qar, buz, sırsıra  göz yaşlarından, tökülən günahsız qanlardan əridi. Xocalı həmin gün yerlə yeksan olundu.

   Adətdir, yağan qar y ağış əvvəl-əvvəl uca dağların zirvəsinə, sonra düzlərə səpilər, çilənər… Qarabağ münaqişəsi hündürlükdən Şuşadan, Laçından, Kəlbəcərdən başladı, sonar arana endi. Münaqişənin ilk qurbanı  Xocalı oldu.

 Bölgədəki soydaşlarımızın gün-güzəranı  yaddan çıxmışdı.Bütün biganəliyə, etinasızlığa baxmayaraq, Xocalı yaşayırdı. Xocalılar nəfəs alırdı. Doğrudur, onların inamları, ümidləri  öləzimişdi. Amma tamam ölməmişdi. Gözləri yolda qulaqları səsdəydi.

Qeyrətsizlikdən, laqeydlikdən Xocalı təkcə işğal olmadı, həm də milli xəritəmizə, qeyrətimizə, namusumuza qara ləkə oldu.

1992-ci il fevralın 26-da olan o qanlı gecədən artıq 29il keçir. 29 illik Qarabağ  həsrətimizə Ali Baş Komandanımız cənab İlham Əliyevin  rəhbərliyi altında  son qoyduq. Xocalıda daxil olmaqla 11 rayon artıq öz sahibinin əlindədir. Bədnam   qonşularımız  Azərbaycan əsgərinin “dəmir yumruğu ilə başından elə vuruldu ki, bir daha  özünə gələ bilmədi”.

Dünyanın heç bir qurumunun həll edə bilmədiyiQarabağ məsələsini bizim müdrik və uzaqgörən Prezidentimiz  cəmi 44 günün ərzində həll etdi. Onun rəhbərliyi altında  müzəffər  ordumuzun   cəngavər  əsgərləri  işğal altında olan torpaqlarımızı  düşmən   tapdağından azad  etdi.30 ilə yaxındır  ki, yurd  həsrəti   ilə yaşayan  hər bir Qarabağlı  doğma yerlərinə  köçən gününü   səbirsizliklə  gözləyirlər.

   Xalqımızın   Qarabağ  həsrətinə  son qoyuldu.Bu, böyük  bir xoşbəxtlikdir. Bu  xoşbəxtliyi   səadəti  bizə məqsədyönlü  Prezidentimiz   rəşadətli   ordumuzun  əsgərləri  bəxş etdi.

   Qələbə qurbansız olmadığı kimi, şəhidlərimiz oldu. Bugünkü  xoşbəxt  günlərimiz   üçün şəhidlərimizin ruhuna,qazilərimizə borcluyuq.

      Əgər şəhid varsa, demək  vətən var,

      Şəhidlər dünyada  ən böyük haqdır.

      Ölümdən qorxmayın, siz ey  oğullar,

      Ruhlar bu torpağı qoruyacaqdır.

Hər ilin 26 fevral  gününü  Azərbaycan   xalqı  dərin  hüznlə qeyd edir,Xocalı  faciəsi   qurbanlarının  əziz xatirəsini  böyük   ehtiramla  yad  edirik, onların  pak   ruhuna  dualar  oxuyuruq.

Allah  bütün  şəhidlərimizə  rəhmət  eləsin. Ana torpağın  qoynunda rahat  uyusunlar. Arzu edirəm ki,bir  daha   itkilərimiz olmasın.

                        

Əliyeva Ülkər
Yevlax şəhər Qəmbər Məhərrəmov adına 4 saylı tam ota məktəbin ibtidai sinif müəllimi       
                      

2 9

Oxşar xəbərlər