Yaddaşlarda qaldı o acı günlər
24-02-2021, 18:51
6 140

Yaddaşlarda qaldı o acı günlər

İllər öncə unudulmayan o Xocalı soyqırımı yaddaşlarda qaldı o acı günlər. 1992 - il fevralın 25 dən - 26 -na keçən o  gecə  Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366 motatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı baş vermiş, soyqırımdır.

O, gecə dəhşət yaşadı Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı deyəsən, neçə ailələr tamam məhv edildi, körpələr cavanlar, qocalar amansızcasına öldürdü. Ermənilər törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökümdarların zülmkarlığını belə kölgədə qoydular.

Beləliklə, Xocalı rayonundan olan 14577- nəfər məcburi köçkün Azərbaycanın 52 müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşmışdır. Xocalı soyqırımı nəticəsində 63 - uşaq, 106 qadın, 70 -i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetrilib. Bu hadislər yaddaşlarda dərin iz qoydu.

Bu il Cənab Prezidentimiz və güclü müzəffər ordumuzun sayəsində Xocalı soyqırımını törədənlərin cəzası verildi. Tökülən qanların qisası alındı.Bir dəmir yumruq olaraq, Prezidentimizin ətrafında birləşdik. Azərbaycan xalqı olaraq, birliyimizi və gücümüzü dünya tanıdı. 

Nigar Məmmədova
Quba rayonu Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəbin ibtidai sinif müəllimi 
17 8

Oxşar xəbərlər