Zolaqlı Şərf
24-02-2021, 18:55
464

Zolaqlı Şərf

                                                       I Pərdə

     Bir ailə. Baba, nənə, gəlin və navələr.

Nəvənin böyük qız-18 yaşında, oğlan – 15 yaşında ikinci qız – 10 yaşında, kiçik uşaq- 1 yaşında.

Körpə durmadan ağlayır. Uşağı gah nənə, gah da ana sakitləşdirirdi.

     Böyük qız əlində nəsə toxuyur. Oğlan dərs yazır. Ortancıl qız nənəsinin yanında oturub.

     Baba qucağında odun içəri girir.

     Baba – Çox soyuqdur, şaxta qılınc kimi kəsir. Bu odunları gətirdim ki, səhərə qədər soba yansın . (odunları sobanın yanına qoyur)

     Arvad (nənə) – Allah bu soyuqda poçda duran balalara rəhm eləsin.

                            (gəlin uşağı sakitləşdirir)

 Böyük qız toxuduğuna baxır və yenidən tez-tez toxuyur.

 Nənə oğlana – Ay bala! Az oxu, biraz dincəl. 

Oğlan: - Nənə mən çox oxuyuram ki, həkim olum səni xəstələnməyə qoymayım.

Nənə: - Səhər çil xoruzu kəsərsən.

Oğlan: - Ay nənə, sən bilmirsən belə şeylər mənlik deyil. Mən heyvan öldürə bilmirəm.

Baba saqqalını qaşıyır, ara-ara atəş səsi gəlir, külək vıyıldayır. Uzaqdan çaqqal, canavar ulaşması eşidilir.

Böyük qız toxuduğunu yekunlaşdırıb.

Qız: - Ana mən gəlirəm

(Evdəkilərdən gizlədib jaketinin altında toxuduğu şərfi soxdu və tələsik çölə çıxdı)

 

 

II Pərdə

Qız həyətə çıxıb o tərəf, bu tərəfə baxır, Samir – (qızın sinif yoldaşı) ağacın   

                                                                                   dalından çıxıb:        

Samir: - gülnar, ay Gülnar burdayam. 

                              Gülnar diskinib geri çəkilir.

Oğlan – (Samir) – Gülnar necəsən? neçə gündür səni görmürəm.

Qız – ( Gülnar) Sağ ol, yaxşıyam.

İkisi birdən bilirsən nə var?   ( Gülüşürlər)

Samir: - Nə var?

Gülnar: - Yox sən de?

Samir: (Kədərli) Gülnar bilmirəm sabah, o biri gün nə olacaq. Ermənilər 

            Xocalını muhasirəyə alıblar. Biz könüllülər poçda dururuq...Əlimiz yalındı.

           Bu nə qədər davam edəcək... Sənə bir hədiyyəm var. (oğlan cibindən 

           üstündə “G və S” hərfi yazılan gümüş sepi qıza verib) Bunu yanında saxla.

Gülnar: - Nə bildin məndə sənə hədiyyə  şərf gətirmişəm. Züm toxumuşam. Hava

                  Soyuqdur... Həm də.... Bu şərfi mənim qollarım bil. 

Samir: - Qoy bu əclafları qovaq, anamgil sizə elçiliyə gələcək allah qoysa. (Qız utanıb 

               başını aşağı saldı.)Güllə səsləri artır.

Samir:- Mən gedim. Birazdan növbəmdir. O, qıza uzun-uzun nəzər salıb gedir.

 

 

 

 

 

III Pərdə

         Ermənilər oturub, araq içirlər. Onlar sərxoşluqdan dah oxuyur, gah da söyüş söyürlər. Otağın istisindən tərləyiblər.

         I Dığa: - Ara Axpercan, Sabah Xocalını da alırıq.

         II Dığa: - Hanı? Əlif Hacıyev airportu qala kimi saxlayır.

         III Dığa: -  Ara Aşot, Deyirəm bu musurmanların canı it canıdır ey. Soyuqda

                         əliyalın bizim topun – tüfəngin qabağında necə dururlar.

         I Dığa: - Ara bunu da içəyin bizim arxamızda duranların sağlığına.

                        (Ha, Ha gülüşürlər)

         II Dığa: Aşot, sabah döyüşdə əsir götürdüyümüz qızlar mənimdir.

         I Dığa: - Ara mənə qız –zad lazım deyil. Mənə pul-qızıl lazımdır. Biraz 

                       varımdır, sabah da yığıb xaricə gedəcəm. Orada musurmanların 

                       hesabına kef edəcəm. Gəlin içək. 

         III Dığa: - Mənə nə qız, nə də qızıl lazımdır. Mənə mal-qara lazımdır.

                        çoban adamam. Müharibədən çoxlu mal-heyvan yığıb elə 

                        buralardaca oturacam 

                        (onlar gülüşürlər, tərlərini silə-silə içirlər)

 

 

 

 

 

 

 

IV Pərdə

         Həmin ev, hammı oturub, hammı fikirlidir. Bu vaxt ata – Qənbər içəri girir. Onun üzündən yorğunluq tökülür. Uşaqlar atalarını görüb ayağa dururlar. Körpə ağlayır. Ata uşaqların saçını sığallayıb arvadına baxıb, ata-anasına:

  • Necəsiniz?

Baba: - Necə olacağıq, indi sarı inəyə baxdım yetir ha yetirdir. Səhərə 

              axşamadır. Sədən nə xəbər?

Qənbər: - (fikirli) Xəbərlər yaxşı deyil, onlar toplu tüfənglidir, bizdə də 

                  təkcə ov tüfəngidir. 

Gəlin: - Yemək gətirdim?

Qənbər: - Yox. Çay var? (Çox fikirli.) Hamınız bura gəlin (Gəlin əlində 

                  çay, qız isə meyvə dolu qab gətirir)

Qənbər: - Sobanın tüstüsünü çox eləməyin. Lampanın işığını zəiflədin.

                  Pərdələri salın, içəridən ədyal asın...

                  (Çaydan bir qurtum alıb) Mən indi yenə poçtda. Şər deməsən 

                xeyr gəlməz ehtiyyatlı olun.

Baba: - Ay Bala! Niyə qorxursunuz? Buna Sovet Höküməti deyərlər. O 

            boyda almanlara qalib gəldik, bu dılğır erməniyə gücü çatmır.

Qənbər: - Ata, bə bunu Sovet höküməti eləmir kim eləyir? Yanvarda 

                 Bakıda dinc adamları, körpə uşaqları onlar eləmədi kim elədi. 

                 Səndə nə qoyub, nə axtarırsan. (fikirli stəkanə əlində fırladır.) 

                 Heç nədən qorxmayın,güclü olun. (Oğluna baxdı) O, kitab 

               dəftəri at o yana, kitab vaxtı deyil.

               Evin kişisi sənsən indi. Bunlar sənə əmanət 

Qızlar: (O böyük, sonra da kiçik qızına baxıb) siz də heç nədən qorxmayı

              Üstünüzdə həmişə bıçaq olsun ki, özünüzü müdafiə edə 

             biləsini... Yenə də qorxmayın. Onları şəhərə girməyə 

             qoymayacağıq.

              (Alçaqdan oğluna nəsə deyir, bundan istifadə edən kiçik qız,

              meyvələrin yanında olan bıçağı götürüb belindəki kəmərə 

keçirdir.

Böyük qız pəncərədən çölə baxır, həyətdəki it hürüdü, Qənbər

səksəkəli qapıya baxdı.

Azad – oğlan qapıya getdi. Qonşunun oğlu idi.

 Qonşu oğlan: - Qənbər əmi atam deyir hazır olsunlar. (Həyacanla) Ermənilər 

                            şəhəri mühasirəyə alıblar, deyir Qənbər əmi tez gəlsin.

                            Səhər tezdən arvad-uşağı maşına yığıb şəhərdən çıxardacağıq.

                            (Hammı həyəcanlıdır)

             Baba: -  Qorxmayın. Buna Sovet höküməti deyərlər belə qoymaz.

                            (Qənbər papağı başına keçirib)

              Qənbər: -Sabah sizi şəhərdən çıxardacağam. (arvadına) Evdə olan  

                            pulları-  qızılları da götürün ... Hə... Sənədləri də götür.

                           Evdən çıxdı.  

             Nənə: - (gəlini) Pal – paltarda götür. (Xırda qız o biri otaqdan təzə 

ayaqqabı gətirib)    

              Qız: -   Ana, bunu da götür, məktəbə geyərəm. (Nənə körpə uşağı 

                          ayağına qoyub yırğalayır, uşaq durmadan ağlayır.)

            Nənə: - Allah xeyir eləsin, bu niyə səsini kəsmir. (gəlin) Ay Bala! bunu

                          yedirt, bələyini dəyiş görək, bəlkə sakitləşə.

            Gəlin: - (yavaşca) Toxdur. Bələyini də təzə dəyişmişəm bilmirəm niyə 

                            ağlayır.

                            (Çöldə külək vıyıldayır, pəncərədən ətürpədici səs gəlir, atəş 

                            səsləri tez-tez eşidilir. Böyük qız qardaşını bir tərəfə çağırıb)

          Gülnar: - Azad, sən and iç dediyimi edəcəksən. 

         Azad: - Nəyə and içim?

         Gülnar: - Azad mən qorxuram inşallah olmaz, əgər ermənilər gəlsə məni 

                          güllə ilə vur. Qoyma erməni əlinə keçim. (astadan) erməni əlinə 

                         əlinə keçməkdənsə ölsəm yaxşıdır.

         Azad:  - (bacısına baxıb) Gic-gic danışma. Onlar tülkü kimi qorxaqdırlar.

                        Bura gələ bilməzlər. Həmdə sən bilmirsən mən toyuq kəsə 

                        bilmirəm səni özüdə kimi səni öldürüm?

        Gülnar: - Bunu et! Azad mütləq edəsən!

                        (Qapının dalında atasının qoyduğu tüfəngi qardaşına verdi).

                         Hamının yuxusu gəlirdi. Xırda qız əlini bıçağın üstünə qoyub 

                         uzandı. Baba yastığa dirsəklənib elə hey 

         Baba: - Buna Sovet höküməti deyərlər, O, bunu belə qoymaz.

                       (Gəlin pulu, sənədi dəsmala yığıb, belinə bağladı. Birazda paltar 

                       yığıb boxça düzəltdi...)  

         Bir neçə saatdan sonra səs-küyə hamı ayağa durdu. Atışma yaxınlaşırdı. Azad həyətə çıxıb geri qayıtdı. 

         Azad: - Hamı küçədə durun qaçağın!

 

 

 

 

 

 

 

 

 

 

 

V Pərdə

Nənə, baba, ana, qızlar və Azad qaranlıqda küçəyə çıxdılar. Hamı meşəyə qaçırdı. Onlarda dəstəyə qoşuldular. Soyuq, küləyin vahiməli səsi camahatın mal-heyvanı səsi bir-birinə qarışdı. Atışma səsi yaxından eşidilirdi. Ermənilərin səsi yaxından gəlirdi. Ermənilər qəflətən bunların qabağını kəsdi.

I Dığa: - Ara burada cavan qız var o mənimdir. (o Gülnara yaxın 

gələndə   Azad onun üstünə atıldı. Kök erməni Azdı      yumuruqla yerə yıxdı. Azadın əlindən silah yerə düşdü. Ana 

Azada tərəf qaçdı. Gülnar tez silahı götürüb ermənini vurdu. Yekəpər ermənitappıltı ilə yerə yıxıldı. Ana Azadı qaldırdı.

Gülnar silahı Azada verib)

             Gülanr: - Azad dediyimi elə.

(Nənə, baba qarın üstündə oturub bir yerdə getməsini       gözləyirdilər.)

            Gülnar: - Azad al silahı.

                            (Ana həyacanla onları izləyirdi)

            Azad: -    Yox! Edə bilmərəm.

(Ermənilər səsi yaxından eşidilirdi. Gülnar silahı başına tutub atəş açdı. Ananın fəryadı ilə Gülnarın yerə yıxılması bir oldu. 

Güllə səsindən bir erməni gəldi)

           II Dığa: - Ara Aşotu siz öldürdünüz?

(Silahı qundağı ilə Azadı yerə yıxıb təpikləməyə başladı. Ana oğlunu erməninin əlindən almaq istədi. Bacarmadı. Erməni Azadı boğmağa başladı. Bunu görən kiçik qız belindən bıçağı çıxarıb erməninin böyrünə soxdu. Erməni geri baxanda kiçik qızın onu bıcaqladığını görüb)

         II Dığa: -   Uşaqda hünərə bax.

(əlini yerə düşən silaha uzadanda Baba tüfənglə erməniyə dalbadal atəş açdı)

         Azad: - Qaçın. Mən onların qabağını saxlayacam.

                       Baba kiçik qızın əlindən tutdu.

         Baba: - (Gəlin və arvadına) Tez qaçın.

Onalr arxalarına baxmadan meşədə gözdən itdi. Qızın ayaqqabısı qarda qaldı. O qarda və qaranlıqda ayaqqabısını axtaranda güllə babanı yerə yıxdı. Qız babasının meydinə sığınıb qarda üzü üstə yatdı. Ermənilər onların yanından ötüb hay-küylə meşəyə girdilər.

Ana və gəlin qarda durmadan  gedir...

Onlarn yaylıqlarını, saçlarını ağacların budaqları darmadağın etmişdi. Uşaq ağlayır, ana ermənilər eşitməsin deyə ağzını bərk- bərk tutdu. Kiçik qız gözünü xəstəxanada açdı.

Ana körpənin ağzını elə bağlamışdı ki, onun səsi bir daha eşidilmədi.

 

 

 

 

 

 

 

 

 

 

 

VI Pərdə 

Şəhər həyatı, uca binalar, gözəl park... 

Parkda bir qolu olmayan kişi oturub, gözü yol çəkir. Üzdən 40 yaşı olan, lakin saçı bəmbəyaz olan bir qadın qoltuq ağaclarına söykənərək ayağını zorla çəkə-çəkə gəlir. O da parkda oturacaqda oturur.Qarşıdakı kişinin boynundakı zolaqlı şərf ona bacısının toxuduğu şərfi xatırlatdı.Kişi gözünü qadından çəkmədən 

         Kişi: - Sən mənə tanış gəlirdən .... Mən Xocalıdanam.

         Qadın: - Bayy. Məndə ordanam.

         Kişi: - Sən kimlərdənsən?

         Qadın: Mən Qənbərin qızıyam.

                      Kişi həyacanla ayağa durub.

         Kişi: - Mən Samirəm Gülnarın sinif yoldaşı.

                   (Qadın ayağını sürüyə-sürürə kişiyə yaxınlaşdı və ağladı)

         Qadın: - Samir sən necə də qocalıbsan.

         Samir: - Sənin adın Mələk olmalıdır? Azad, atan, anan (udqunub)...

                         Dünya necə kiçikdir. Harada görüşdük.

         Qadın: - Samir belə bir şərfi o vaxt Gülnarda toxuyurdu.

                         (Samir şərfin ucunu əlinə alıb ah çəkdi elə həmin şərfdir...

                         Gülnar harada? Yəqin qocalıb. Neçə uşağı var? 

Qadın: - Samir, nə Gülnar, nə Azad.... Həmin gün fevralın 25-də Gülnar   

              erməninin əlinə keçməmək üçün özünü güllə ilə vurdu.

               (O gözünün yaşını silib). Azaddan, atamdan xəbər ala bilmədik. 

               Ölüblər, qalıblar... Babam mənim gözümün qabağında güllələndi. 

              Mən gözümü açanda xəstəxanada idim. Bizimkilər tapıb gətirib...

              (Ayağını göstərir). Ayağımı elə orada don  vurmuşdu.  İndi hissiyatı 

               yoxdur. 

              Biz bura təzə köçmüşük. Burada bizə ev veriblər.

Kişi: - Elə bizə də burada ev veriblər. 

         Kişi dayanmadan yanaqlarına axan göz yaşlarını silirdi.

Kişi: - Mələk sən uşaq olardın. O vaxt mən Gülnar ilə əhd bağlamışdıq. Anamgil 

         elçi gələcəkdi. Bu şərfi həmin gün mənə bağışladı ki, soyuqdan saxlasın. 

         (susdu) Elə bilərsən ki,  mənim qollarımdı bu şərf. O, vaxt bu vaxt şərfi 

         Boynumdan açmıram. 

Mələk: - Qoluna nə olub?

Kişi: - Həmin gün güllə dəydi. Xəstəxanaya gec çatdığımıza görə qaralma      

         verdi, kəsdi həkim. 

         Mələk inanırsan hər gün Xocalını yuxuda görürəm. Heç cür bura alışa 

         bilmirəm. Yuxudan durub elə bilirəm yuxum gerçək, gerçək olansa 

         yuxudur. İnanırsan 

Kişi: - İnanırsan mələk, məndə eləyəm. Hər gün Xocalını yuxuda görürəm. 

         Şəkərim, təyziqim var allaha yalvarıram məni öldürməsin. 

Torpağımızı azad görüm. Bir arzum var, gözümə Xocalı torpağı 

tökülsün. 

         Qadın: - Samir allah eləsin Cocuqmərcanlını necə aldılar, bax Xocalını 

                   da birdə gördün bir gecədə aldılar.

         Kişi: - Həə Mələk, nə dövlət başçısı, nə də ordu həmin ordudur. 

                   (ayağa durub əminliklə) 

         Kişi: - İnşallah Xocalıda yatıb, buranı yuxuda görərik.

VII Pərdə

         Samir, Mələk tez-tez parkda görüşüb dərdləşirlər.

            Samir-Mələk, görürsən ordumuzu gündə neçə kənd işğaldan azad olunur.

            Mələk:-Hə... Allah onları qorusun.

                           (Mələyin nəvəsi qaça-qaça gəlir)

            Nənə: - Nənə, ay nənə bilirsən nə olub?

            Mələk:-Nə olub? Ağrın alım.

            Nəvə:-Bir qulaq as

                         (Prezidentin səsi) – Azərbaycan ordusu Fizulini işğaldan azad edib.

                        (Mələk, Samirbir addım irəli gəlirlər)

                        (Prezidentin səsi) Cəbrayıl,Zəngilan, Qubadlı işğaldan azad edildi! Qarabağ      

                        bizimdir! Qarabağ Azərbaycanındır.

                        (Mələk diz üstə düşüb)

            Mələk: - Samir Xocalıya az qalıb, arzularımız yuxularımız çin olur. (Ağlayır)

            Samir: - Mələk, daha biz qaçqın deyilik. Nəvələrimiz öz torpağımızda, Xocalıda

                           yaşayacaq. Onun suyunu içəcək. (Oda ağlayır)

                          (Prezdentin səsi): - Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı azad edib

                           Biz bütöv Azərbaycanıq. Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan 

                           Ordusu! Düşmənə ölüm!

                           Qarabağ Azərbaycanındır!

                           (Hamı sevinir, Hamı qucaqlaşır. Biz neçə adamlar əlində çəmadan gəlir)

            Adamlar: - Biz gedirik. Öz torpağımıza, öz elimizə, öz evimizə, öz obamıza gedirik.

                            (Gedirlər)

                           (Azərbaycanın Himni səslənir)   

 

 Tərifə Kərimova
Şərur rayon Mahmudkənd tam orta məktəbin müəllimi 

 

8 11

Oxşar xəbərlər