Biz Xocalıya ədalət istəyirik
24-02-2021, 18:24
120

Biz Xocalıya ədalət istəyirik

1992 ci il Fevral ayının 26 dan 27 ə keçən gecə erməni vandalları Xocalıda misli görünməmiş qırğın törətdilər. Uşaq,boyuk, yaşlı cavan demədən qırğına verdilər diri diri yandırıb oda tutdular, gözlərini çıxarıb sungulere keçirdilər Bu qırğında da onlar tek olmadılar. Onların böyük qardaşları Rus ordusunun köməyi ilə 366 cı motoatıcı alayının qanlı dəstəyi ilə Xocalını qırğına verib qanlı sənət əsəri yaradaraq soyqırım törətdilər.

Xocalıda bir gecədə elə bir dəhşət yaşandı ki dillə deməklə təsəvvür etmək belə mümkün deyil Amma qaniçən düşmən bir şeyi unutdu ki, Heç nə yaddan çıxmır və heç nə unudulmur. Dünən o dəhşətli gecədə ayaqyalın baş açıq didərgin düşən Azarbaycanin İgid oğulları bu gün o yerlərə tank belində zefer libaslı qələbə donunda qayıtdılar. Dünənə qədər bizi türklər genosid etdilər deyən ermənilərə havadar çıxanlar Azərbaycana gəlincə susdular. Qanlı qırğına göz yuman dünya birliyi helede bu haqsızlığa susaraq xunta rejimine havadar çıxdılar. Bu gün biz haqqımızı tələb edərək bir ağızdan deyirik.

Biz Xocalıya Ədalət istəyirik Biz torpaqlarımızı şəhid və Qazilərimiz igid oğullarımızın canı və qanı bahasına geri qaytarmışıq. Bu gündə vətənimizin yaralarına məlhəm olmaq istəyirik. Bayraqları bayraq edən üstündəki qandır Torpaq uğrunda ölən varsa Vətəndir. Biz öz ərazi bütövlüyümüzü bərpa edərək düşmənlərimilzə elə öz dillərində cavab verdik. Bu bir danılmaz fakt idiki Azərbaycanın 20 faizdən artıq işğal olunmuş torpaqlarında ermənilər sözün əsl mənasında at oynadırdılar.

Görünməmiş vəhşiliklər törədərək, körpə uşaqları süngülerde gəzdirib yaşlı cavan böyük kiçik demədən gülləbaran ediblər. Bütün bunlar dünya birliyinin gözlərinin önündə baş vermişdir. Dünya birliyi ise hələ də bu haqsızlıqları görməzdən gələrək susmağı seçmişdilər. Xunta rejiminin başında dayanan koçaryanlar, petrosyanlar isə hələ də dünya birliyinin gözlərinə kül üfürürdülər. Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan 30 ilə qədər susdu hər şeyi sülh yolu ilə həll etməyə çalışdı haqqının alınmasını gözlədi. Amma ortada heç nə dəyişmədi Dəyişən isə süni qərarlar oldu.

Nəhayət səbr kasası daşan Azərbaycan bu dəfə özü öz müdafiəsinə qalxdı. Azərbaycanın Ali baş komandanı İlham Əliyevin göstərişi ilə qəti qərar verərək düşmənlə təkbətək mübarizəyə qalxdı. Azerbaycanin rəşadətli milli ordusu Ali Baş Komandanımızın əmri ilə çox çətin amma şərəfli bir mübarizəyə qatıldıar. Necə deyərlər torpaq uğrunda ölən varsa Vətəndir deyib vətənimiz Azərbaycanın müdafiəsinə qalxdılar. Qarabağ Azərbaycandır şüarı ilə addım addım zəfər zirvəsinə şəhid qanıyla azadlıq sözünü yazdılar.

  44 günlük müharibədə düşmənə ağır itkilər verdirərək onu ömürlük məğlubiyyətə uğratdılar. Tebii ki bu dəfə də xunta rejimi hiyləyə əl ataraq öz bildiyini oxudu özlərini yazıq qələminə verərək Azərbaycanı işğalçı dövlət qələminə verməyə çalışdı, necə deyərlər adımı sənə qoyum səni də yana yana.. Artıq bıçaq sümüyə dirənib Azərbaycani haqlı mübarizəsində haqsız çıxarmağa çalışan ermənipərəst xunta rejiminin havadarları birdəfəlik anlamalıdırlar ki Qarabağ Azərbaycandır və bu həqiqəti heç nə ilə susdura bilməyəcəklər. Biz öz haqqımızı tələb edir qəflət yuxusunda yatan dünya birliyini isə Yetər hayqırtısı ilə oyanmağa sesleyirik. Biz Xocalıya ədalət istəyirik 

Gülşən Mirzəyeva

Xırdalan şəhər 9  nömrəli məktəbin valdeyini  
1 3

Oxşar xəbərlər