XOCALI HƏQİQƏTLƏR VƏ QARABAĞ ZƏFƏRİ
24-02-2021, 18:55
214

XOCALI HƏQİQƏTLƏR VƏ QARABAĞ ZƏFƏRİ

                               “İlin müəllimi” müsabiqəsinin qalibi, “Tərəqqi” medallı tanınmış pedaqoq Leyli Əliyeva: “Xocalı həqiqətlərini dünyaya çatdırmalı, Qarabağ Zəfərinin sonsuz sevincini yaşamalıyıq”.

                                                         

 İmişli şəhər A.Eminov adına 7 saylı tam orta məktəbin müəllimi olaraq Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı “Microsoft Teams” platforması üzərindən Qarabağ müharibəsi veteranları və gənc məktəbli yazar Sevindik Nəsiboğlu ilə görüş keçirdim. Vətən Müharibəsi qəhrəmanları haqqında silsilə yazılar müəllifi Sevindik Nəsiboğlunun Xocalı faciəsi haqqında fikirləri şagirdlərimiz tərəfindən maraqla qarşılandı. Sonra gənc istedad Xocalıya aid yazdığı şeirləri oxudu. 

   İkinci qonağım I və II Vətən Müharibəsi iştirakçısı, cəsur döyüşçü, Xocalı hadisələri gözləri önündə olan Rizvan Əliyev oldu. O, bizə Xocalı hadisələrinin amansızlığı və xalqımızın qəhrəman oğulları, Milli Qəhrəmanlar Bəxtiyar Aslanov və Əlif Hacıyevin döyüş yolları barədə xatirələrini danışdı. Xocalı fədailəri Yaşar Hacıyev, Cavanşir Həsənov, ikinci Qarabağ müharibəsində çiyindaş olduğu Kamran Muradxanlı, Məmmədxan Muradxanlı qardaşları və Toğrul Həsənovun cəsurluğu barədə geniş məlumat verdi. Döyüşçünün xatirə və məlumatları, düşmənə nifrət hissləri şagirdlər tərəfindən sevgiylə qarşılandı. Sonra Ali Baş Komandanımız İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarının reallaşmasını əks etdirən iradəni və Milli Qəhrəmanımız Əlif Hacıyevin həyat və fəaliyyətini əks etdirən videomateriallar təqdim edildi. 

Həmin gün məktəbimizin məzunu ikinci Vətən Müharibəsi iştirakçısı, qəhrəman döyüşçü Fərmanlı Bayandur canlı olaraq şagirdlərin görüşündə oldu, Qarabağ Zəfəri barədə onlara təəssüratını danışdı.  Biz hər zaman Xocalı həqiqətlərini dünyaya çatdırmalı, Qarabağ Zəfərinin sonsuz sevincini yaşamalıyıq!

 

Leyli Əliyeva

İmişli şəhər A.Eminov adına 7 saylı tam orta məktəbin biologiya müəllimi

1 13

Oxşar xəbərlər