Tariximizi Unutmayaq
24-02-2021, 19:47
254

Tariximizi Unutmayaq

 26 fevral 1992-ci il... Soyuq, qarlı -çovğunlu bir qış gecəsi tariximizin əbədi qan yaddaşında həkk olundu.     Öz işğalçı siyasəti ilə Azərbaycan torpaqlarında gözü olan Ermənistan ordusu və Rus diviziyasının 366 alayının gecənin uzun saatlarında Xocalı şəhərinə hücumu nəticəsində yüzlərlə günahsız soydaşlarımız böyük amansızlıqla öldürülmüşdür.

 Gecənin şirin yuxularından düşmənin hücumu nəticəsində oyanan və nə baş verdiyini anlamayan əhalini insanlığa yaraşmayan işgəncələrə məruz qoyurdular.Düşmən iyrənc gözünü Azərbaycan anasının, Azərbaycan qadınının müqəddəsliyinə, paklığına dikmişdi.Qoca, cavan ,gəlin ,qız, körpə-amansız düşmən heç birinə acımır, dəhşətli zorakılıqlara əl atırdı.     

 Öz şirin nağıl kimi dünyasından mələk kimi uçan,bu gün Şəhidlər Xiyabanında uyuyan beş yaşlı körpə qız balamızın və onun kimi yüzlərlə günahsız soydaşlarımızın ruhu qarşısında baş əyirik.     Amma xalqımızın igid qəhrəman oğullarının və dövlət başçısı İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində 44 günlük II Qarabağ müharibəsi Qələbə ilə nəticələndirildi.

Bu gün Azad , Qalib Ölkənin Atalar doğru deyib"Qisas qiyamətə qalmaz".   Artıq 29 il ötür.Amma bu gün də XOCALIYA ƏDALƏT şüarı ilə dünya birliyini gözünü açmaq,bu vəhşilikləri dünyaya tanıtmaq hər bir azərbaycan vətəndaşının borcudur.  Allah vətən uğrunda canlarından keçmiş oğul və qızlarımıza rəhmət eləsin. 

Elnurə Əhmədova
Laçın rayonu 11 nömrəli tam orta məktəbin Fizika Riyaziyyat müəllimi



7 12

Oxşar xəbərlər