Tarix yazan Azərbaycan qadınları
8-03-2021, 22:57
245

Tarix yazan Azərbaycan qadınları

  Biz, varlığımız üçün anaya, həyatımızın dəyərli gözəllikləri üçün xanımlara borcluyuq! Harada qadının üzü gülürsə, qadına hörmət varsa orada həyat gözəldir, bir rahatlıq, rəvanlıq, xoşbəxtlik vardır! Azərbaycan xanımları dünyanın ən fədakar, sədaqətli insanlarıdır!      

Tarixi Zəfər qələbəmizi təmin edən oğullar böyüdən AZƏRBAYCANLI ANALAR ən dərin ehtirama layıqdir.      
Uzun illərdir ki, Azərbaycan qadını deyiləndə ilk olaraq öz peşəkar bilik, bacarıqları ilə tarixdə iz qoymuş insanlar yada düşür. ANCAQ DÜŞÜNÜRƏM Kİ, bundan sonra bu sırada işğalda olan torpaqlarımızı azad edən, milli qürur və ləyaqətimizi bizə qaytarmaqla şanlı Zəfər qələbəmizi təmin edən, igid şəhid və qazilər böyüdüb tərbiyə etmiş Analar öndə, birinci olmalı, yad edilməlidir.  

* ŞƏHİD ANALARI.  
* Məhsəti Gəncəvi - XII əsrdə yaşamış ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçisi.  
* Sara xatun - Azərbaycanın ilk diplomat qadını. Cəlaləddin Əli bəyin həyat yoldaşı, Uzun Həsənin və Cahangir Mirzənin anası.  
* Xurşudbanu Natavan - Xan qızı, Azərbaycanın məşhur şairələrindən biri;                                                                                   * Ağabacı Rzayeva - Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi.
* Şövkət Səlimova - İkinci Dünya Müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri.
* Xurşid Ağayeva – İlk azərbaycanlı musiqişünas qadın, Azərbaycanın əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli haqqında ilk monoqrafiyanın müəllifi.                                                                              
* Sona xanım Vəlixan - 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk ali təhsilli həkim qadın.
* Hənifə Məlikova - Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyətinin yaradıcısı.                                                                                
* Həmidə Məmmədquluzadə - oğlanların və qızların birlikdə təhsil aldığı ilk məktəbin əsasını qoymuşdur. O həm də beynəlxalq konfransda çıxış etmiş ilk Azərbaycan qadınıdır.
* Gövhər Qazıyeva - səhnəyə çıxan ilk azərbaycanlı qadın.
* Xədicə Əlibəyova - ilk azərbaycanca qadın qəzeti olan “İşığ”ı çap edib.
* Adilə Şahtaxtinskaya - doktorant dərəcəsi alan ilk azərbaycanlı qadındır.
* Qəmər Salamzadə - "Qızıl kol" filmini çəkərək Azərbaycanın ilk qadın kinorejissoru olur.
* Leyla Məmmədbəyova - təyyarə ilə ilk uçuşunu edib. İlk azərbaycanlı qadın təyyarəçidir.
* Şəfiqə Əfəndizadə - Azərbaycanın ilk maarifpərvər yazıçısı.
* Nigar Şıxlinskaya - General A. Şixlinskinin həyat yoldaşı, I Dünya Müharibəsində ilk tibbi yardıma başçılıq edən xanım. Nigar Şıxlinskaya, həmçinin, ali təhsil alan ilk azərbaycanlı qadındır.
*İzzət Orucova - İlk azərbaycanlı kimyaçı  
* Zərifə Əliyeva - Azərbaycan elminin inkişafında parlaq yer tutan akademik .
* Aida İmanquliyeva - Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor  qadın.
* Mehriban Əliyeva - Azərbaycan Respublikasının ilk qadın vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri.
* Ədilə Şaxtaxtinskaya - İlk həkim-ginekoloq.                                                        
* Püstəxanım Əzizbəyova - Azərbaycan Tarix Muzeyinə başçılıq edən – tarixçi, akademik.
* Fatma Muxtarova və Şövkət Məmmədova - İlk peşəkar opera müğənniləri.
* İzzət Seyidova, Gülnaz Salamova, Ceyran Topçubaşova, Vəcihə Səmədova, Güllü Mustafayeva - İlk sənətkar rəssamlar.
* Elmira Hüseynova, Münəvvər Rzayeva - İlk heykəltəraş qadınlar.  
* Qəmər Almaszadə - ilk sənətkar balerina,          
* Leyla Vəkilova - gözəl sənət ustası.
* Əminə Dilbazi, Roza Cəlilova - Məşhur rəqqasələr.
* Aynur Sofiyeva, Zemfira Məftixatdinova -Dünya və Olimpiya çempionları olan qadın idmançılarımız..
* Əzizə Cəfərzadə və Ələviyyə Babayeva – Yazıçılar
* Firəngiz Əlizadə - Caz-muğam sintezini əldə edən bəstəkar.
* Şəfiqə Axundova - Şərqdə ilk opera yazan bəstəkar qadın.
* Sevil Qazıyeva - Azərbaycan SSR-də ilk qadın mexanizator, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputatı.
* Mehparə xanım Tağızadə - Azərbaycanın Almaniyada yaşamış ilk xeyriyyəçi qadını.
* Validə Tutayuq - AMEA-nın ilk azərbaycanlı qadın üzvü.
* Səkinə Əliyeva - Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Prezidiumunun Sədri olaraq ilk azərbaycanlı qadın parlament başçısı.
* Natəvan Mirvətova - Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində üçüncü ən yüksək hərbi rütbəsi olan general-mayor rütbəsinə gətirilir. Bu rütbə Azərbaycanda qadına verilən ən yüksək hərbi rütbədir.  
Habelə onlarla adını çəkmədiyimiz digər xanımlar... 

Vahid Tağıyev
1 0

Oxşar xəbərlər