Az.dili və Ədəbiyyat fənni üzrə istedadlı şagirdlər üçün olimpiada məktəbi FOTOLAR
16-03-2021, 20:43
361

Az.dili və Ədəbiyyat fənni üzrə istedadlı şagirdlər üçün olimpiada məktəbi FOTOLAR

Dünən Şamaxı rayon  Ak.H.Hüseynov adına Çarhan kənd tam orta məktəbinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirtdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV qrant müsabiqəsində qalib olduğu" Azərbaycan dili və ədəbiyyat fənni üzrə istedadlı şagirdlər üçün olimpiada məktəbi" layihəsinin Microsoft teams  proqramı vasitəsi ilə online bağlanış tədbiri  keçirilmişdir.


Tədbirdə Şamaxı Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları,  Azərbaycan dili və ədəbiyyat müəllimləri,valideynlər və şagirdlər  iştirak etmişdir.
Layihə rəhbəri Afaq Orucova layihənin uğurla yekunlaşdığını, gözlənilən nəticələr və digər məsələlər barədə  tədbir iştirakçılarına məruzə etmişdir.
Tədbirdə  Şamaxı Rayon Təhsil Şöbəsinin metodisti Nişanə Eyubova çıxış edərək tədbir  iştirakçılarına layihənin Şamaxı təhsilində bir ilkə imza atdığını- VIII sinif şagirdlərinin Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsində iştirak etmək hüququ qazanmasını layihənin uğuru olduğunu qeyd etmişdir.
Tədbirdə  layihənin təlimçilərindən Vüqar Adil çıxış edərək layihənin çox uğurlu olduğunu və davamlılığı üçün əlindən gələni əsirgəməyəcəyini qeyd etmişdir.
Layihənin təlimçilərindən Sənubər Şükürova  çıxış edərək layihənin yaxın gələcəkdə Şamaxı təhsilinə öz tohfəsini verəcəyinə əminliyini vurğulamışdır.
Daha sonra tədbirdə rayonun məktəb direktorları və Azərbaycan dili və ədəbiyyat müəllimləri, valideynlər və şagirdlər çıxış edərək layihə haqqında öz  fikirlərini bildirmişlər.
Sonda şagirdlərə sertifikatlar təqdim olunmuşdur.Yekun qiymətləndirmədə ən yaxşı nəticə göstərmiş 15 şagirdin adları açıqlanmış, layihə bitsə də gələcəkdə həmin şagirdlərlə təlimlərin davam edəcəyi vurğulanmışdır.








3 0

Oxşar xəbərlər