Türkiyə ilk gündən Azərbaycanın haqq işinə dəstək vermişdir
18-03-2021, 11:37
112

Türkiyə ilk gündən Azərbaycanın haqq işinə dəstək vermişdir

Tarixi  dostluq, qardaşlıq, səmimi münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqımızın eyni soykökünə, dilə, dinə malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Sözün əsl mənasında bir millət, iki dövlət, olmuşuq.

Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətin yox, həm də regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına töhfələr verir. Eyni zamanda türk dünyasının bir araya gəlməsini şərtləndirən amillərdən biri məhz Azərbaycan-Türkiyə  əlaqəsidir. İlham Əliyev bununla bağlı bildirmişdir: “Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.

Biz türk dövlətinin dəstəyini həmişə hiss etmişik, bu gün də hiss etməkdəyik. Azərbaycanın tarixi ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanmasına etiraz əlaməti olarqaq bu ölkə ilə sərhədlərini bağlamışdır.

Rəşadətli ordumuz Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm bir tarix yazdı. Apardığımız 44 günlük Vətən müharibəsində qələbə qazandıq.

Türkiyə öz dəstəyini heç zaman bizlərdən əsirgəməyib. Azərbaycan da Türkiyənin hər zaman yanında olub. Doğma ölkənin apardığı haqq işinə yardım etməyi, həmrəylik nümayişini həmişə özünə mənəvi borc bilib. Biz bu qələbəmizlə qardaş Türkiyə ilə yeni tarixi nailiyyətlərə imza atacaq, daha böyük uğurlar qazanacağıq. Türkiyənin siyasi və mənəvi dəstəyi bu qələbənin qazanılmasında çox böyük rol oynamışdı. Türkiyə mənəvi ədalətin bərqərar olması üçün səsimizə səs verdi. Azərbaycanı ermənilərin havadarlarından qorudu.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bu ölkənin ən yüksək mənsəbli dövlət rəsmiləri, millət vəkilləri, cəmiyyətin nüfuzlu simaları Azərbaycanın yanında olduqlarını bütün dünyaya açıq şəkildə çatdırdılar. Xalqımıza qarşı kənar təhdidləri uzaqlaşdırdılar. Bütün dünyaya “Azərbaycana mane olmayın ! Kənarda durun, müdaxilə etməyin!”- dedilər.

Rəcəb Tayyib Ərdoğan Zəfər bayramı-parad günü söylədiyi şeir
                                       
Arazı ayırd,
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım
Zülm ilə ayırdılar.
Ay Laçın, can Laçın,
Mən sənə qurban, Laçın.

Bir çox ermənipərəst qüvvələrin təşvişinə səbəb oldu. Çoxları bu şeirdən qorxuya düşdü və düşəcəklər də! İlham Əliyevin bütün xarici tele kanallara verdiyi müsahibələrdə də, çıxışları zamanı da xalqımızın çətin sınaqlarla üz-üzə qaldığı bir dövrdə, millətimizin  taleyüklü məsələsinin həll olunduğu  bir dönəmdə qardaş Türkiyə dövlətinin həmişə yanımızda olduğunu, bizə göstərmiş olduğu hərtərəfli dəstəyi dəfələrlə vurğulamış və yüksək qiymətləndirmişdir. Bəlkə də bu çıxışlar bizdə qələbəyə inam yaratmışdı. Elə müharibənin ilk günündən bu inam hər bir azərbaycanlının qəlbində kök salmışdı. İnanırdıq ki, iki qüdrətli türk dövləti birləşərsə, qarşımızda heç bir mənfur qüvvə dayana bilməz.

            
Yaşasın Azərbaycan-Türkiyə dostluğu!
Yaşasın Azərbaycan –Türkiyə qardaşlığı!
Yaşasın Turan!


Pərvanə Ələkbərova,
Göygöl rayon Topalhəsənli kənd E.Bayramov adına tam orta məktəbin 
Azərbaycan dili və ədəbiyyat müəllimi .

0 0

Oxşar xəbərlər