Azərbaycan xalqı Azərbaycanı bir dövlət olaraq məhvə sürükləyən AXC-Musavat cütlüyünün etdiyi əməlləri hələ unutmayıb
18-03-2021, 11:53
66

Azərbaycan xalqı Azərbaycanı bir dövlət olaraq məhvə sürükləyən AXC-Musavat cütlüyünün etdiyi əməlləri hələ unutmayıb

Bu gün adlarını müxalifət qoyan, amma bütün varlıqları ilə öz doğma xalqına, vətəninə müxalif olan qüvvələr elə başa düşməsinlər ki,  Azərbaycan Xalqı onların hakimiyyətdə olduqları o qısa vaxt ərzində etdikləri xəyanəti, satqınçılığı, nadürüst mövqeyi nə vaxtsa unudacaq. Əsla, bu əməllər heç zaman unudulmayacaq.
1992-ci ildə antidemokratik yolla, silah gücü ilə hakimiyyətə gələn AXC-Musavat hakimiyyəti dövründə Azərbaycan adlı bir Dövlət az qala dünyanın siyasi xəritəsindən silinməklə üz-üzə qalmışdı. Ölkə demək olar ki, dağılırdı. Anarxiya, xaos, korrupsiya, hərc-mərclik baş alıb gedirdi. Siyasi dairələr bu durumun qarşısın almaqda aciz idilər. Çünki onları nə bu Xalq taleyi düşündürürdü, nə də ki, Dövlətin maraqları onlar üçün önəmli idi. Onları ancaq bir amal maraqlandırırdı. Hansı yolla olursa olsun hakimiyyətdə qalmaq.
O dövrdə hakimiyyətdə olanlar üçün rüşvətxorluq, korrupsiya gündəlik həyatın adi bir reallığına çevrilmişdi. Xalqda hakimiyyətə qarşı zərrə qədər inam qalmamışdı. Çünki xalq gözəl başa düşürdü ki, iqtidarda olanları xalq gətirməyib hakimiyyətə. Ona görə də  iqtidarda olanlar Respublikanın parçalanmasına, torpaqlarımızın işğalına, müstəqilliyimizin əldən getməsinə məqsədli şəkildə göz yumurdular. Onları ancaq bir amal düşündürürdü, var-dövlət toplamaq, Ölkəni talamaq. AXC-Musavat hakimiyyəti dövründə hakimiyyətdə təmsil olunan siyasi dairələrin heç birinin nə siyasi iradəsi, nə də dövlətçilik təcrübəsi var idi. Yerlərə təyin etdikləri nümayəndələri belə onları saya salmır, özlərini yerlərdə şah, firon kimi aparırdılar. Belə olan halda xalqın onlara olan nifrəti hər gün artmaqda davam edirdi.
Artıq Ölkə vətəndaş müharibəsinin astanasında idi. Bu gün ağız dolusu danışan, 1992-1993-cu illərdə hakimiyyətdə olanlar Dövlət büdcəsini tamamilə talamış, iqtisadiyyatı məhv etmişdilər. Dövlətin xarici borcu ölçüyəgəlməz həddə gəlib çatmışdı. Ölkə vətəndaşlarının sosial rifah halı acınacaqlı vəziyyətdə idi. Xalqı çörəklə sınağa çəkənlərin bu gün danışmağa zərrə qədər haqqları çatmır. Bundan başqa xarici əlaqələr tamamilə iflic vəziyyətində idi. Qonşu dövlətlərlə olan ticari dövriyyələr yox səviyyəsinə enmişdi. Torpaqlarımız xainlik, satqınlıq nəticəsində düşmən tərəfindən işğal olunurdu. Yox səviyyəsində olan ordunu kim necə istəyir, elə də idarə edirdi.  
Bir sözlə Azərbaycan məhvə sürüklənmişdi. Ölkədə ictimai-siyasi sabitlik idarəolunmaz səviyyədə nəzarətdən çıxmışdı. Belə olan halda xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya dəvət edildi. Xalqını, Ölkəsini sevən Ümummilli Lider Heydər Əliyev əsl vətənpərvərlik nümayiş etdirdi. O, vəziyyətin çox ağır olmasını  görərək Bakıya qayıtdı və Ölkəni bu bataqlıqdan xilas etmək üçün gərgin fəaliyyətə başladı. Əlbətdə ki, AXC-Musavat hakimiyyətinin dövlətə vurduğu fəsadları aradan qaldırmaq asan başa gəlmədi.
İlk növbədə Ölkədə ictimai-siyasi sabitlik bərpa olunmalı  idi. Azərbaycanın bir Dövlət olaraq müstəqilliyinin qorunub saxlanılması, ordu quruculuğu sahəsində islhataların həyata keçirilməsi, iqtisadiyyatın dirçəldilməsi, xarici dövlətlərlə diplomatik münasibətlərin qurulması, ölkəyə investisiya axınını təmin etmək üçün əlverişli iqtisadi mühütün yaradılması Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən siyasi kursun əsas məqamlarından biri idi. Bu gün artıq əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs Ölkə başçısı cənab İlham Əliyev tərəindən uğurla icra olunmaqdadır.
Çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər sayəsində Ölkəmiz bu gün Cənubi Qafqaz regionunda lider dövlətə çevrilib. Ordumuz dünyanın 50 ən güclü orduları sırasında qərarlaşıb. Artıq bütün dünya Azərbaycanı qüdrətli və qalib  dövlət olaraq qəbul edir. İtirilmiş torpaqlarımız sonuncu qarışınadək Müzəffər ordumuz tərəfindən geri qaytarıldı. Bütün bu kimi nailiyyətlərimiz xaricdə olduğu kimi, daxildə də bəzi qüvvələr tərəfindən qısqanclıqla qarşılanır.
Xalq artıq bu nadürüstlərin cəfəngiyyat dolu boş vədlərinə inanmır. Reallıq budur ki, bu gün bu qüvvələr Azərbaycanın sevincinə kədərlənib, kədərinə sevinən qüvvələrdir. Bir daha fikirlərimin sonunda qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı haqqın, ədalətin, zəfərin, uğurun yanındadır.

Dünya Həziyeva
Neftçala rayon Qədimkənd kənd tam orta məktəbin Ingilis dili müəllimi 





0 0

Oxşar xəbərlər