Umumi Xəbərlər
18-03-2021, 17:38
84
Təhsil naziri İslam Universiteti məzunlarının diplom ala bilməməsindən danışdı
“Təhsil Nazirliyi İslam Universiteti məzunlarının diplom ala bilməməsindən məlumatlıdır”.
TehsilXeber.com-un xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, hazırda məsələ araşdırılır: “Novruz bayramından sonra ictimaiyyətə geniş məlumat veriləcək. 4 000-dən artıq insan diplom istəyir. Bu, 2000-ci ilin əvvəlindən yaranan problemdir və uzun vaxt tələb edir. Məsələyə laqeyd yanaşmırıq. Sadəcə müəyyən qədər vaxt lazımdır. Dövlət İmtahan Mərkəzi və aidiyyəti qurumlarla araşdırma aparılır”.