Vətən müharibəsi iştirakçılarından 188 nəfərin müraciəti müsbət həllini tapıb
20-03-2021, 09:45
108

Vətən müharibəsi iştirakçılarından 188 nəfərin müraciəti müsbət həllini tapıb

"Şəhid, qazi və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri tərəfindən işə qəbulla əlaqədar 319 müraciət daxil olub".
 
TehsilXeber.com xəbər verir ki, bu fikirləri Təhsil nazirinin müşaviri Elnur Nəsibov şəxsi facebook hesabında paylaşıb
 
O, cari ilin 28 yanvar tarixindən indiyədək Təhsil Nazirliyinə şəhid, qazi və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri tərəfindən işə qəbulla əlaqədar 319 müraciət daxil olduğunu qeyd edib:
 
“Müraciətlər araşdırıldıqdan və həmin şəxslərlə bağlı rəylər alındıqdan sonra 188 müraciət müsbət həllini tapıb”.






0 0

Oxşar xəbərlər