«Facebook» bu hesabları silir
23-03-2021, 10:16
189

«Facebook» bu hesabları silir

Facebook 2020-ci ilin oktyabr və dekabr ayları arasında 1,3 milyarddan çox saxta hesabı sildiklərini açıqlayıb.

TehsilXeber.com bildirir ki, şirkət saxta hesablara əsaslanaraq, gizli xarici və yerli əməliyyatları da araşdırdıqlarını və aradan qaldırdıqlarını bildirib:

«Facebook yanlış məlumatların qarşısını almaq üçün məzmunu 60-dan çox dildə nəzərdən keçirən 80-dən çox müstəqil təsdiqləyicidən ibarət qlobal şəbəkəyə malikdir. Bir yazıya xəbərdarlıq bildirişi yerləşdirəndə, insanların 95% -nin onu açmadığını bilirik. Həmçinin onu yerləşdirən şəxsə də bu barədə məlumat veririk. Davamlı yalan məlumatlar yerləşdirən səhifələrin, qrupların və domenlərin paylanmasını azaldırıq».

Facebook həm də bu illər ərzində yaratdığı COVID-19 Məlumat Mərkəzi, İqlim Elmi Məlumat Mərkəzi və ABŞ 2020 Seçki Məlumat Mərkəzi kimi mərkəzlərə də diqqət çəkib.
0 0

Oxşar xəbərlər