Tanınmış ictimai xadim, pedaqoq Nuranə Şixəliyevaya ağır itki üz verib
25-03-2021, 10:28
170

Tanınmış ictimai xadim, pedaqoq Nuranə Şixəliyevaya ağır itki üz verib

Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prezidenti, "Əsgərə xatirə kitabı"nın layihə rəhbəri, pedaqoq və ictimai xadim Nuranə xanım Şixəliyevanın xalası oğlu, gömrük xidməti mayoru Anar Cəfərov vaxtsız dünyasın dəyişib.

XeberBiz.com xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bilasuvar Gömrük İdarəsinin əməkdaşı, gömrük xidməti mayoru Cəferov Anar Arif oqlu vaxtsız dunyasin dəyişib.
Məlumat üçün qeyd edək ki,  Anar Cəfərov ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmiş, Sovetlər dönəmində uzun illər Goranboy rayon Partiya Komitəsinin birinci  katibi vəzifəsində çalışmış, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş Arif Cəfərovun oğludu.
Mərhum Anar Cəfərov gənc yaşlarından el-obanın sevimlisinə çevrilmişdi. Onun gözəl əməlləri, xeyriyyəçiliyi, səmimiyyəti tanıyanların qəlbində əbədi yaşayacaq.
Alpaqut Federasiyasının rəhbərliyi, "Əsgərə Xatirə Kitabı" Layihəsinin İdarə Heyəti və "Xeber Media Group" Şirkəti Nuranə xanım Şixəliyevaya ağır itki münasibəti ilə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyir.
Allah rəhmət eləsin! 
0 0

Oxşar xəbərlər