İkinci Qarabağ müharibəsinə həsr olunan "Dəmir Yumruq" Bölgələrarası bilik yarışı sona çatdı
27-03-2021, 09:51
483

İkinci Qarabağ müharibəsinə həsr olunan "Dəmir Yumruq" Bölgələrarası bilik yarışı sona çatdı

İkinci Qarabağ müharibəsinə həsr olunan "Dəmir Yumruq" Bölgələrarası bilik yarışı sona çatdı

Təşkilati dəstəkçilər:
- Təhsil Forumu - 2021 qrupu
- Davam Gənclər Hərəkatı
- Ağsu rayon Təhsil Şöbəsi
Masallı rayon təhsil şöbəsinin təşkilatçılığı və təşkilatçı müəllimlər olan Qurbanov Ceyhun, Aslanova Aytac, Mustafayeva Gülnarə müəllimin təşkilatçılığı ilə həyata keçirdiyimiz yarış 1 mart tarixindən qeydiyyat başlanmış və qeydiyyat 10 gün həyata keçirilmişdir. Qeydiyyatdan 248 komanda keçmişdir. 3 gün ərzində 77 komanda seçilmişdir. Yenidən komandalar seçilərək bir məktəbdən eyni sinifdən olan komandaları çıxardılaraq "44"ədədi simvolik olaraq 44 komanda ilə yarışa başlanıldı. Yarışda müxtəlif bölgələrdən komandalar var idi: Ağsu, Masallı, Kürdəmir, İsmayıllı, Ucar, Göyçay, Yevlax, Zərdab, Şəmkir, Goranboy, Füzuli, Astara, Lənkəran, Şəki, Bərdə, Gəncə, Bakı, Sumqayıt, Füzuli və digər rayonlardan komandalar olmuşdur.

Yarışda Azərbaycan dili və Tarixdən suallar hazırlanmışdır. Məqsədimiz Azərbaycan dilinin gözəlliyi və Tariximizin qədimliyini ön plana çıxartmaq idi. 1 ay hazırlığı davam edən yarış 23 mart 2021-ci il tarixində start verildi. İlk konfransımız açılış xarakteri daşıyırdı.
Təhsil Forumu - 2021 qrupunun rəhbəri Emil Tağızadə,
Davam Gənclər Hərəkatından Nihad Allahyarlı,
Ağsu rayonun Təhsil şöbəsinin muavini Heydərov Natiq,
Masallı rayonu təhsil şöbə müdirinin muavini Samit İslamov
və komandalarını qeydiyyatdan keçirən müəllimlərin iştirakı ilə həyata keçirildi. Qonaqlarımız uğurlar dilədi və təşkilatçı müəllimilər yarış haqqında məlumat verdilər. Yarışımız TEAMS platformasında online həyata keçirildi. Həmin günün yarışın birinci mərhələsində - yarışda 6,7,8-ci siniflərin iştirakı ilə həyata keçirildi. Hər sinif üzrə yarımfinal mərhələsinə on komanda ballarına uyğun olaraq növbəti tura keçirildi. Komandalar üç nəfər olmaqla bir evdə bir TEAMS profilindən daxil olurdular. Obyektivliyi qorumaq üçün komandalar qoşulduğu telefondan başqa telefonlada çəkilir və müşaiyət olunurdu. Sualları Tarix müəllimlərimiz olan Ceyhun Qurbanov və Aytac Aslanova hazırlamış və ədalətli bal vermişdilər.

- 23 mart tarixində (İlk mərhələdə) hər fənndən 5 sual qapalı 1 sual isə açıq olmaqla tərtib edildi. Suallar ekranda suallın çətinlik səviyyəsinə uyğun olaraq verilən vaxt ərzində vərəqlərdə qeyd olundu. Sual bitdikdən sonra verilən vaxt ərzində cavablar çat bölməsində göndərildi. Cavablar yoxlanaraq komandalara bildirildi.
- 24 mart tarixində yarışın ikinci mərhələsi həyata keçirildi. İkinci mərhələdə 5 qapalı və 2 açıq sual komandalara verildi və final mərhələsinə hər sinif üzrə 6 komanda keçirildi.
- 25 mart tarixində isə Final mərhələsi həyata keçirildi və komandalara hər fənndən 5 qapalı, 3 açıq sual verildi. Eyni qaydada cavablar göndərildi cavablar yoxlanaraq hər sinif üzrə 3 finalist təyin olundu.

Finalçılar:
İsmayıllı, Şəmkir, Astara, Gəncə, Bərdə, Şamaxı rayonlarından oldu.

Mükafatlandırma mərhələsində
Təhsil Foumu - 2021 qrupunun rəhbəri - Emil Tağızadə,
Ümumitəhsil üzrə mütəxəssis - Elşən Qafarov,
Davam Gənclər hərəkatını nümayəndəsi Pyar media meneceri - Lumu İsrafilova
Ağsu rayon təhsil şöbəsi müdiri - Aqil Həsənov,
Masallı rayon təhsil şöbəsi müdir muavini - Samit İslamov,
İsmayıllı təhsil şöbə müdiri - Rövşən Əliyev,
Qalib komandaların məktəblərin direktoları - Qalib Bəşirov, Şəmsiyyə Əhmədova, Rəvanə Ağayeva, Məmmədov Elşad, Elmir Alməmmədov
və komandaları qeydiyyatdan keçirən müəllimlər və gələcəyimizin əmanət olduğu qalib komanda üzvlərin iştirakı ilə həyata keçirildi. Qalib komandalarımız Fəxri fərmanla təltif olunacaq. Birinci yerlərə isə poçt vasitəsilə hədiyyələr göndəriləcək. Birinci yerə layiq görülən komandalar özləri haqqında video hazırlayıb onuda ictimaiətdə yayımlayacağıq ki, onlara stimul olsun.
Məqsədimiz şagirdlərin tətil vaxtıda kitablardan aralanmaması kecdiyi mövzuları təkrarlanmasının səbəb yaratmaq idi. Dəmir Yumruq yarışına olan maraq bizlərə stimul oldu çox saylı xahişləri nəzərə alaraq yaxın zamanlarda daha çox iştirakçı ilə davamını həyata keçirəcəyik.

6-cı siniflər üzrə qalib komandalar:
1-ci yer İsmayıllı rayon Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin "Xarı bülbül" komandası
2-ci yer Gəncə şəhəri 44 saylı tam ota məktəbin "Şahinlər" komandası
3-cü yer Şamaxı rayonu Avropa liseyinin "Qələbə bizimlədir" komandası

7-ci siniflər üzrə qalib komandalar:
1-ci yer Bərdə rayonu Səfiyar Behbudov adına 6 saylı tam orta məktəbin "Qarabağ Azərbaycandır" komandası
2-ci yer İsmayıllı rayon Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin "Zəfər" komandası
3-cü yer Astara rayonu Rudəkənar kəndi Şahin Əliyev adına ümumi orta məktəbin "Astara" komandası

8-ci siniflər üzrə qalib komandalar:
1-ci yer İsmayıllı rayon Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin "Xarı bülbül" komandası
2-ci yer Şəmkir rayonu Cahangir Rüstəmov adına tam orta məktəbin "Xudayar" komandası
3-cü yer İsmayıllı rayon Diyallı kənd tam orta məktbin "Niyal" komandası



6 1

Oxşar xəbərlər