And yerimiz Şuşa
10-04-2021, 20:55
31

And yerimiz Şuşa

                                  And yerimiz Şuşa

Heyf sənə gözəl Şuşa,

De, səndə mən nələr gördüm.

Ceyranların pərən-pərən,

Ahuları mələr gördüm.

***

Hanı qoç Koroğlun hanı?

Açdı den savaş meydanı.

Susdurdu bu azğın Yanı

Misri qılınc çalar gördüm.

             Azərbaycan Respublikasının Prezidenti çox hörmətli cənab İlham Əliyevin 16 mart 2021-ci ildə Mədəniyyətimizin-Qarabağımızın paytaxtı qədim Şuşa şəhərinə, 44 günlük Vətən müharibəsindən sonra 2-ci dəfə səfər etməsi və tarixi çıxışı bir ziyalı, bir müəllim kimi məni də sevindirməyə bilməzdi. Sevindim bir daha ona görə ki, xalqımızın 30 ilə yaxın dövr ərzində itirdiyimiz dilbər guşələrin həsrətinə- torpaqlarımızın yağı düşmən işğalından azad olunmasına son qoyuldu. Keşməkeşli bir tarix yaşamış müdrik ata-babalarımızın ruhu gəzən, soyqrım dəhşətlərini görən və yaşayan bir xalqın nümayəndəsi kimi əsrarəngiz bir gözəlliyə malik olan Şuşada məşhur Cıdır düzündə çatılan Novruz tonqalını görəndə belə Ali Baş komandan, Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında hələ xalqımızın daha çox sevincli müjdələrin şahidi olacağımı xəyalımdan keçirtdim. Atam şair Məmməd Qəhrəmanın “Şuşa” şeiri sanki ruhumu oxşadı:

             Vaqif Qəzəl yazıb, şeir qoşubdur,

            Hüsnündə zövq alıb hər zaman, Şuşa

           Seyid Şuşinsk, Cabbar Qaryağdı,

          Bülbül cəh-cəh vurub ucadan, Şuşa.

Bu cənnət məkandan, Şuşamız təmiz havası və suyundan cənab prezidentimizin ayrıla bilmədiyi mükəmməl bir iş metodu və prinsiplərinə malik olma qabiliyyəti, təcrübəli bir rəhbər kimi çalışqanlığı bizim sabaha inamımızı daha da artırır. Adı dillər əzbəri olan tarixi yerlərimiz və abidələrimiz söz yox ki, min zəhmət bahasına başa gəlsədə-Gövhər Ağa məscid, Qarabağ xanlığının banisi- Pənahəli xanın Sarayı, M.P.Vaqifin məqbərəsi, Şuşa Karvansaray tarix və Memarlıq kompleksləri onun əsl sahiblərinin tezliklə ixtiyarına veriləcəkdir. Cənab Prezidentin Şuşada 16 mart 2021-ci ildə etdiyi çıxışdan bir daha aydın olur ki, Qarabağda xalqımıza və onun Milli mənəvi şərtləri olan Mədəniyyət abidələrinə etnik təmizləmə soyqırımı törədilmişdir. Dünya tarixində bəlkə də buna oxşar və bundan yüksəkbir vəhşilik olmamışdır.

Hətta mən 80-ci illərdə şəhər internat məktəbin bir qrup şagirdi ilə birdə Xatında (Belarusiyada) oldum. Belə ki, Qarabağda törədilmiş soyqırım ondan üstündür.

Bütün bunlar, bu vəhşiliklər çox hörmətli Prezidentimiz qeyd etdiyi kimi dünya ictimaiyyətinə çatdırılmalıdır. Dost ölkələri , eləcədə həmin ölkələrdə yaşayan, insanlığa həqiqətə dəyər verən insanları işğaldan azad olunmuş, dağıdılmış tarixi ata-baba torpaqlarımıza, şəhərlərimizə dəvət etməli, həqiqətin öz gözlərilə görülməsinə nail olmalıyıq.

Şuşanın bərpa olunmasından Heydər Əliyev fondunun apardığı quruculuq işlərinin icrasında öz əməli köməkliyimizi bir vətəndaş kimi əsirgəməməliyik.

Həmçinin Şuşada Prezidentimizin çıxışında qeyd olunan Azərbaycan ordusunun mənəvi üstünlüyü ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı deyil, hərbi birləşmələrə qarşı müharibə apardığını və döyüş bölgəsindən çox-çox uzaqda olan 100-ə yaxın azərbaycanlı sakininin günahsız olaraq həlak olması insanlığa qarşı törədilmiş bir vəhşilik ermənilərin bir vəhşiliyi deyil, bəs nədir?

Cavab çətin olsa da 2-ci Qarabağ savaşında 44 günlük müharibə 3 minə yaxın şəhidlərimizin qanı bahasına, minlərlə qazimizin sağlamlığını itirməsinə səbəb olsada bu gün şükürlər olsun ki, işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır. Cənab Prezidentimiz İlham Əliyevin bütün insanlarla, dost ölkələrlə, xüsusilədə gənclərlə əlbir,yorulmaz fəaliyyəti nəticəsində quruculuq, işləri gedir, böyük inamla. O, inamla ki, günəşli, işıqlı-parlaq, musiqili, müganlı, günlərimiz qabaqdadır.

                                    Birləşin ellər, birləşin!

                                   Saf qəlbli dillər, birləşin!

                                  Qəsbkarın tamah dişin,

                                 Eşq olsun qırana, bu gün!

                                                                                          


Yevlax şəhər Q.Məhərrəmov adına 4 saylı tam orta məktəbin təşkilatçı müavini, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” Media Mükafatı Laureatı  Sərdar Məmmədov                              

 

                                                          

                                                                               

                                                 

                                                                                                                                                   

 

0 0

Oxşar xəbərlər