Ağdamda Alpaqut döyüş sənəti üzrə seminar keçirildi
18-04-2021, 07:55
52

Ağdamda Alpaqut döyüş sənəti üzrə seminar keçirildi

Dünən Ağdam rayonunda açıq hava şəraitində, qarantin rejiminin qaydalarını qorumaqla Alpaqut Turan döyüş sənətinin Kaçut (silahsız özünümüdafiə) sistemindən seminar keçirilmişdir.

Azərbaycan Alpaqut Federasiyası (AAF) Mətbuat Xidmətinin verdiyi məlumata görə seminar AAF-nın Kaçut sisteminin baş məşqçisi və koordinatoru Yarğan Natiq Eminov və Qarabağ Regional Nümayəndəliyinin rəhbəri Tegin Kənan Quluyev tərəfindən təşkil edilmişdi.
Kaçut Sisteminin koordinatoru və baş məqçisi Yarğan Natiq Eminov tərəfindən keçirilən seminarda Ağdam Alpaqut idmançılarından 23 nəfər, Ağdam rayon Polis Şöbəsinin əməkdaşlarından 7 nəfər olmaqla ümumilikdə 30 nəfər iştirak edirdi.
Seminarın yekununda idmançılar Yarğan Natiq Eminov tərəfindən Sertifikatla təltif olunmuşdular.
2 0

Oxşar xəbərlər