"Əsgərə Xatirə Kitabı" Layihəsinin işgüzar görüşü - FOTO
24-04-2021, 15:06
78

"Əsgərə Xatirə Kitabı" Layihəsinin işgüzar görüşü - FOTO

"Əsgərə Xatirə Kitabı"nın layihə rəhbəri Nuranə Şixəliyeva, Türkiyənin ölkəmizdəki sabiq safiri,  diplomat Hulusi Kılıç,  Türkiyədə telejurnalist kimi çalışan həmyerlimiz, ictimai fəal Səidə Ömər və Millət vəkili Vüqar İsgəndərov bu gün bir araya gəldilər.

İşgüzar görüşdə "Əsgərə Xatirə Kitabı" Layihəsinin gələcək fəaliyyəti, bu layihənin qardaş Türkiyədə Nümayəndəliyinin yaradılması istiqamətində fikir mübadiləsi aparıldı. Nümayəndəliyin yaranmasına əsas məqsəd isə, gələcəkdə şəhid və qazi övladlarının Türkiyədə təhsil almalarına, qarşılıqlı səfərlərin təşkilinə kömək göstərmək olacaq. Qarşıya qoyulan istiqamətində qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək haqqında fikir mübadiləsi aparıldıqdan sonra, "Əsgərə Xatirə Kitabı"nın layihə rəhbəri Nuranə xanım Şixəliyeva Azərbaycanın yaxın dostu, sabiq səfir Hulusi Kılıça Layihənin İdarə Heyəti adından təşəkkür plaketi təqdim etdi.
Sonda Nuranə Şixəliyeva görüş üçün zaman ayırdıqları üçün Hulusi Kılıça, Səidə Ömərə və Vüqar İsgəndərova dərin təşəkkürünü bildirdi.
0 0

Oxşar xəbərlər