"Qərənfil" körpələr evinin qayğısız fidanları - FOTOLAR
1-05-2021, 11:01
354

"Qərənfil" körpələr evinin qayğısız fidanları - FOTOLAR

Tovuz şəhər "Qərənfil" körpələr evi uşaq bağçasında fidanlar üçün hər cür şərait yaradılıb.

Gələcəyimiz olan körpələrin xöşbəxt və qayğısız böyümələri üçün hər kəs əlindən gələni etməlidi. Sabahın məktəblisinin savadlı olması və unsiyyət qəbiliyyətinin formalaşmasında bağça tərbiyyəsi mütləqdi.
Ölkəmizin nümunəvi uşaq bağçalarından biri də Tovuz şəhər "Qərənfil" körpələr evi uşaq bağçasıdı. 1970-ci ildə inşa olunan uşaq bağçası  2012-ci ildə Iqtisadiyyat Nazirliyi və Tovuz rayon Icra Hakimiyyəti tərəfindən  əsaslı təmir olunub.
Bagçada 8 qrupda 150 uşaq yerləşdirilib. İki qrup isə məktəbə hazırlıq qrupudu. Bağça 39 nəfərlik kollektivdən ibarətdir.
Pandemiya qaydalarına tam əməl olunan bağçada fidanların sağlamlığı tibb bacısı tərəfindən qorunur. Hər gün səhər uşaqların temperaturu olçülür və gün ərzində bütün uşaqlar onun nəzarəti altında olur.
Bağçanın 150 uşağın təlim-tərbiyyəsi ilə 12 tərbiyəçi və 2 musiqi rəhbəri məşğuldu.
"Qərənfil" körpələr evi uşaq bağçasının müdüri Səfərova Sevda Dəmir qızı əməkdaşımızla söhbət zamanı bunları qeyd etdi: "Dünyada ən müqəddəs peşə uşaqlarla işləməkdi. Bizim bağçada tərbiyyə olunan 150 uşağın gələcəkdə həm savadlı məktəbli olması, həm də tərbiyyəli insan kimi yetişməsi üçün bizim üzərimizə böyük məsuliyyət düşür. Bizim kollektiv bu məsuliyyəti dərindən dərk edərək işlərinə vicdanla yanaşırlar. Valideynlər öz körpə övladlarını günün çox hissəsini bizə əmanət edirlər. Biz də valideynlərin bizə əmanət etdiyi körpələri göz bəbəyimiz kimi qoruyuruq. Hər bir valideyn bizim kollektivdən razılıdır. Uşaqlar gün ərzində 3 dəfə keyfiyyətli ərzaqlardan hazırlanmış yeməklə təmin olunur. Bundan başqa əlavə olaraq, meyvə, cay və peçenyə də verilir. Uşaq bağçalarına yaradılan yüksək səviyəli şəraitə görə cənab Prezidentimizə və birinci xanim, uşaqların hamisi Mehriban Əliyevaya, "Heydər Əliyev Fondu"na və həmçinin Tovuz rayon İcra Hakimiyyətinə dərin təşəkkürümüzü bildiririk."
TehsilXeber.com saytı olaraq, Tovuz şəhər "Qərənfil" körpələr evi uşaq bağçasının fədakar kollektivinə işlərində uğurlar arzu edirik.

Xumar İlhamqızı









1 0

Oxşar xəbərlər