Nümunəvi uşaq bağçası
1-05-2021, 12:20
432

Nümunəvi uşaq bağçası

Tovuz şəhər 7 saylı körpələr evi uşaq bağçasında 100 yaxın uşaq tərbiyyə olunur.

Heydər Əliyev Fondunun dəstəyi ilə 2016 ci ildə tikilib istifadəyə verilən Tovuz şəhər 7 saylı körpələr evi uşaq bağçası 2016-ci il fevralın 16-da  cənab Prezident İlham Əliyevin Tovuz rayonuna səfəri zamanı açılmışdır. Bağçada 5 qrupda 95 uşaq yerləşdirilib. Bağçada uşaqların təlim tərbiyəsi üçün 9 tərbiyəçi, 2 musiqi rəhbəri, 1 tibb bacısı və texniki işçi fəaliyyət göstərir. 
Bağçada tədris Azərbaycan, rus və ingilis dilində aparılır. Bir kiçik qrup, iki orta qrup, bir böyük qrup və bir məktəbəhazırllq qrupu fəaliyyət göstərir. Bağçanın müdiri Tağıyeva Aytən Rəfi qızı 2016-ci ildən bağçaya rəhbərlik edir, bundan öncə isə Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktor vəzifəsində çalıçıb.
Aytən Tağıyeva bizimlə söhbət zamanı bunları qeyd etdi: "Pandemiya ilə əlaqədar bağçaların fəaliyyəti bərpa olunduqdan sonra da uşaqların bağçaya gəlişi demək olar ki, 100 faiz təmin olunub, bütün qruplarda uşaqların yerləşməsi aparılıb. Bağçada uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var, balacaların ilk yaşlardan intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Otaqlar bütün zəruri ləvazimat və təlim avadanlığı ilə təchiz olunub. Uşaqların qidalanması çox yüksək səviyyədə, gün ərzində 4 dəfə (meyvə və şirniyyat saatları daxil olmaqla) aparılır. Bağçanın həyətində əyləncə meydançaları yaradılıb, attraksionlar quraşdırılıb. Uşaqlarla işləmək böyük məsuliyyət tələb edir. Gələcəyimiz olan fidanların tərbiyyəsi ilə bizim kollektiv sevə-sevə məşğul olur. Valideynlər də bizim fəliyyətimizdən razıdırlar. Uşarın xöşbəxt və qayğısız böyümələri üçün  yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əiyevə,  birinci vitse prezidenti, "Heydər Əliyev Fondu"nun rəhbəri Mehriban Əliyevaya və Tovuz rayon İcra Hakimiyyətinə dərin təşəkkürümüzü bildiririk."
TehsilXeber.com saytı olaraq, Tovuz şəhər 7 saylı körpələr evi uşaq bağçasının kollektivinə müqəddəs peşə fəaliyyətlərində bol-bol uğurlar arzu edirik.











1 0

Oxşar xəbərlər