Uşaq bağçalarında yaradılan şərait gələcəyimizin sağlam təməllər üzərində qurulmasına xidmət edir
5-05-2021, 17:35
911

Uşaq bağçalarında yaradılan şərait gələcəyimizin sağlam təməllər üzərində qurulmasına xidmət edir

Nümunəvi kənd uşaq bağçalarından biri də Tovuz rayonu Avıbəyli kənd 2 saylı körpələr evi uşaq baxçasıdı.

Tovuz rayonunda məktəbə qədər yaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafının, onların şəxsiyyətinin hərtərəfli formalaşmasının və məktəbə hazırlanmasının təmin edilməsi, uşaqların yaradıcılıq mühitində böyüməsi üçün zəruri şəraitin yaradılması prioritet istiqamətlər sırasındadır. Son illər muxtar rayonda tikilən, yaxud yenidən qurulan məktəbəqədər təhsil müəssisəsində müasir şərait yaradılıb, qrup, yataq və soyunub-geyinmə otaqları, yemək və oyun zalları, valideynlər üçün gözləmə otağı, tədbirlər zalı, yeməkxana, bufet, metodist və tibb otaqları, dərzi və camaşırxana otaqları, idman qurğuları istifadəyə verilib.
Rayonun nümunəvi uşaq bağçalarından biri də Tovuz rayonu Avıbəyli kənd 2 saylı körpələr evi uşaq baxçasıdı.
2019-cu ildə əsaslı təmir olunmuş uşaq bağçasının müdiri Orucova Nərgiz Müzəffər qızının bizə verdiyi məlumatda bunları bildirib: " Bağçamız 4 qrupdan ibarətdir. Uşaq bağçasında uşaqlar yaş kantingetinə görə qruplara bölünür. Böyük qrup 20 uşaq, orta qrup 20 uşaq, ikinci kiçik qrup 20 uşaq və birinci kiçik qrup 15 uşaq olmaqla 75 uşaq yaşlarına uyğun təlim keçirilir. Bu uşaqların təlim-tərbiyyəçi ilə 8 tərbiyyəçi, 1 musiqi rəhbəri, 1 tibb bacısı olmaqla cəmi 23 kollektiv məşğuldu. Uşaqlar gündə 4 dəfə ləziz yeməklərlə təmin edilirlər. Məktəbəqədər təhsil müəssisələri uşağın mədəni-estetik inkişafına təsirsiz ötüşmür. Belə ki, uşaqlar təhsilin ilk pilləsində xalqımızın mədəniyyətinə, ənənələrinə bələd olur, ətrafdakılarla nəzakətlə davranır, onu əhatə edən ətraf aləmdəki gözəllikləri görüb zövq almağı, qiymətləndirməyi, sadə kompozisiyalar qurmağı bacarır".
Sonda qeyd edək ki, uşaq baxçasında tərbiyi olunan uşaqların ikisi 44 günlük Vətən savaşında şəhid olmuş kapitan Emin Mahmudovun övladlarıdı. Şəhid övladlarına bağçada xüsusi diqqət və qayğı göstərilir.
Xumar İlhamqızı






















30 0

Oxşar xəbərlər