Uşaq bağçasının müdiri media mukafatı ilə təltif edildi - FOTO
8-05-2021, 12:31
348

Uşaq bağçasının müdiri media mukafatı ilə təltif edildi - FOTO

Tovuz rayon "Qərənfil" körpələr evi - uşaq bağçasının müdiri  Sevda Səfərovaya media mukafatı təqdim edildi.

"Xeber Media Group" Şirkətinin qərarı ilə 10 may Ümummilli Lider Heydər Əliyevin 98-ci ildönümu ərəfəsində Tovuz rayon "Qərənfil" körpələr evi - uşaq bağçasının müdiri  Sevda Səfərova "Heydər Əliyev ideyalarına sadiqliyinə, gənc nəslin təlim-tərbiyyəsində göstərdiyi xidmətlərə görə" media mukafatına layiq görülüb.
Bu gün həmin mukafat "Xeber Media Group" Şirkətinə daxil olan TehsilXeber.com saytının əməkdaşı Xəyal Quliyev tərəfindən Sevda xanıma təqdim edildi.
TehsilXeber.com saytı olaraq, Sevda xanım Səfərovanı təbrik edir, ona yeni-yeni uğurlar arzu edirik.


1 0

Oxşar xəbərlər