Ölkə Prezidenti İlham Əliyevin Zəfər yolu Heydər Əliyev ideyalarına sədaqətin nümunəsidir  - Ruhiyyə Hüseynova yazır
9-05-2021, 18:11
640

Ölkə Prezidenti İlham Əliyevin Zəfər yolu Heydər Əliyev ideyalarına sədaqətin nümunəsidir - Ruhiyyə Hüseynova yazır

Xalqımızın son yarıməsrlik tarixinə nəzər saldıqda gürürük ki,  həyatımızın məzmununu və mahiyyətini pozitiv pəncərəyə dəyişən elə bir məqam  yoxdur ki, o, Ulu Öndər H.Əliyevin adı və siyasi fəaliyyəti ilə bağlı olmasın. Tarixi şəxsiyyətin bütün fəaliyyəti doğma və sevimli xalqına sədaqətli xidmətin parlaq təcəssümüdür.

     Azərbaycan xalqının 34 illik bütün ictimai- siyasi, sosial- iqtisadi, maddi- mənəvi həyatı Ümummilli Liderimizin adı ilə bağlıdır. Bu illər ərzində Azərbaycan böyük inkişaf yolu keçmiş, müstəqiil dövlət kimi bərqərar olmuşdur. Milli mənafeyi xalqın mənafeyinə, xalqın mənafeyini dövlət mənafeyinə çevirən siyasi lider H.Əliyev Azərbaycanın tərəqqisini təmin etməklə bərabər, həm də beynəlxalq nüfuz və etibar qazanmışdır. Son dərəcə çətin tarixi  şəraitdə də milli dəyərləri yaşatmaq, dövlətçiliyi qorumaq, Azərbaycanın inkişafına nail olmaq kimi çətin vəzifəni yerinə yetirmişdir.  Heydər Əliyevin Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşdırılmasında, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında xidmətləri əvəzsizdir. 
     
     Azərbaycan dövlətinin banisi və dövlətçiliyimizin memarı Ulu Öndər H.Əliyevin strategiyası bizim ardıcıl olaraq hər sahədə qələbələr əldə etməyimizə hesablanmışdır. O, XX əsrin ortalarından başlayaraq tamamilə yeni və gələcəyə hazırlaşan, öz siyasəti, inkişafı, müasirliyi, dayanıqlılığı, etibarlılığı ilə bütün dünyaya səs salmış bir Azərbaycan qurdu.

      Müasir Azərbaycan H.Əliyevin şah əsəridir. Ulu Öndərin ən böyük mirası- onun siyasi xəttinin davamçısı Prezident İlham Əliyevdir. Xalqımız cənab Prezidentin rəhbərliyi ilə qalibiyyətlərlə zəngin yeni dövrün şanlı tarixini yazaraq  möhtəşəm qələbələrə imza atmaqdadır.

     Azərbaycan   öz adını üçüncü minilliyin tarixinə Şəhidlərin və Qəhrəmanların müqəddəs qanına boyanmış qızıl hərflərlə yazdı. Azərbaycan xalqının ruhunda və əməlində baş verən pozitiv dəyişikliklər ölkəmizin və xalqımızın qlobal yeniliklər astanasında olmasından xəbər verir.

    Bu il Azərbaycan xalqı Ulu Öndərin 98-ci ildönümünü hər zaman olduğu kimi, dərin ehtiram və sonsuz sevgi ilə, eyni zamanda da hər zaman olduğundan daha böyük coşqu və fəxarət hissi ilə qeyd edir. Ötən il Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu erməni təxribatlarına son qoymaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsilə başa çatdıDəmir Yumruq adlanan bu irimiqyaslı hərbi əməliyyatın əsas məqsədi işğal altında olan torpaqlarımızı azad etməkdən ibarət idi. 26 ildir ki, atəşkəs əldə olunmasına baxmayaraq  Ermənistan Respublikası Hərbi Qüvvələri davamlı olaraq atəşkəsi pozub, Azərbaycanın mövqelərini və yaşayış məntəqələrini mütəmadi olaraq atəşə məruz qoymuşlar. 2016- cı ildə aprelin 1- dən 2- nə keçən gecə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən ataşkəsin pozulması nəticəsində Dağlıq Qarabağ münaqişəsi yenidən aktiv fazaya keçdi. Azərbaycan  Respublikası Silahlı Qüvvələrinin həyata keçirdiyi əks hücum nəticəsində bir neçə kənd və mühüm strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edildi. Ermənistan  Hərbi Qüvvələri 2020- ci ilin iyul ayında Tovuz istiqamətində sərhədyanı məntəqələri atəşə tutdu. 2020-ci ilin 20 avqustda Ermənistan Ordusunun təxribat qrupu Goranboy rayonu istiqamətində yenə Azərbaycan mövqelərinə hücum etməyə cəhd göstərsə də, bu qrup zərərsizləşdirildi və qrupun komandanı ələ keçirildi, əldə edilən kəşfiyyat  məlumatlarından məlum oldu ki, Ermənistan tərəfi yenidən işğala hazırlaşır və hərbi planlar hazırlayır. 27 sentyabrda Ermənistan Hərbi Qüvvələrinin növbəti təxribatından sonra iri miqyaslı hərbi əməliyyatlar başladı. Beləliklə, Azərbaycanın müasir hərb tarixinə şərəflə qeyd etdiyimiz, 44 günlük zəfər savaşı kimi daxil olan Vətən müharibəsi başladı. Azərbaycan Ordusu  qısa müddətdə Ermənistan Ordusuna sarsıdıcı zərbə vuraraq, işğal altındakı əraziləri azad etməyə başladı. 4 oktyabrda Cəbrayıl, 17 okyabrda Fizuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, 8 noyabrda isə Şuşa şəhəri işğaldan azad edildi. Ermənistan tərəfi ağır itki ilə məğlub olub, təslim olaraq rüsvayçı sülh bağlamağa məcbur oldu. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu   xalqımıza 30 ildir həsrətində olduğumuz böyük tarixi zəfər sevincini yaşatdı. Beləliklə, bütün dünya Ulu Öndər Heydər Əliyev siyasi kursunun daha bir təntənəsinin şahidi oldu. Məhz bu siyasi kursu inamla və uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı əraziləri işğal altında olan ölkədən qalib ölkəyə çevirdi.

     Əlbəttə, Tarixi Qələbəmizi biz birdən– birə əldə etməmişik, addım- addım gəlmişik. Ümummilli Liderimizin xilaskarlıq missiyasının  nəticəsidir ki, yeni Azərbaycanı qurub yaratdı, inkişaf etdirdi. Ulu Öndərin siyasətini davam etdirərək  Prezident İlham Əliyev uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanımızı daha da inkişaf etdirdi. H.Əliyev ideyalarından güc alan  yeni nəsil isə cənab Prezidentin rəhbərliyi ilə şanlı tarix yazdı.   Böyük Tarixi Zəfər-  H.Əliyev siyasətinin tarixi təntənəsidir. 

      Azərbaycan cəmiyyəti Heydər Əliyev siyasətinə sadiqdir. Bu onunla bağlıdır ki, bu siyasət uzun illərin sərt sınaqlarından üzüağ çıxaraq yüksək etimad qazanmışdır. Xalqın lider olaraq qəbul etdiyi Prezident İlham Əliyev ölkəmizin perspektiv inkişafı üçün müəyyənləşmiş strateji hədəfləri gerçəkləşdirmək, Azərbaycanı ən müasir və inkişaf etmiş dövlətə çevrilmək istiqamətində əzmlə, qətiyyətlə çalışır. Əlbəttə ki, Azərbaycanımızı qarşıdan gələn illərdə daha böyük nailiyyətlər gözləyir.

     Həqiqətən də,  nə xoşdur  fərəhlə danışmaq Ümummilli Liderimizdən, Milli Birliyimiz, Böyük Tarixi Zəfərimiz, Ali Baş Komandanımız, Dəmir Yumruq,  Qəhrəmanlarımız , Qüdrətli Azəbaycanımızdan ... 

       Azərbaycan xalqı  xoşbəxt xalqdır ki, onu bütün dünyaya tanıdan liderlik simvolu var.  Nə qədər ki, Azərbaycan dövləti var,  H. Əliyevin parlaq xatırəsi də Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.


Ruhiyyə Hüseynova,
İqtisad üzrə fəlsəfə doktoru
Mingəçevir Dövlət Universiteti
 
5 0

Oxşar xəbərlər