Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixində yeni inkişaf mərhələsi başlayıb -Ülkər Fərəcova yazır
9-05-2021, 21:44
523

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixində yeni inkişaf mərhələsi başlayıb -Ülkər Fərəcova yazır

Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Məhz bu dahi insanın səyi nəticəsində  Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan  dahi lider idi.  

Azərbaycan  1991-ci ildə müstəqillik əldə etdikdən sonra çox ciddi siyasi, sosial-iqtisadi  problemlərlə qarşılaşmışdı, respublikada sabitlik və inkişafdan nəinki söhbət gedə bilməzdi, hətta ölkə xaos və anarxiya məkanı kimi xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevrilmişdi. Həmin dövrdə respublikaya rəhbərlik edənlərin  səriştəsizliyi, müstəqil qərar vermək və milli maraqlara uyğun siyasət həyata keçirmək iqtidarında olmamaları Azərbaycanın müstəqilliyini itirmək təhlükəsini meydana çıxarmışdı.
Ümummilli lider Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi 70 illik imperiya əsarətinə son qoyan Azərbaycanın qurtuluş və müstəqillik tarixində mühüm mərhələdir. Heydər Əliyev quruculuq xəttinə qayıdışdan ibarət olduğunu dərk edən xalqımız 1993-cü ildə Ümummilli Liderimizi təkidli tələblə respublika rəhbərliyinə dəvət etdi. Əgər xalqın tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi indi biz müstəqil, qüdrətli  Azərbaycan dövlətindən danışa bilməzdik. 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi hərtərəfli inkişaf edən, dünyada söz sahibinə çevrilən müstəqil Azərbaycan dövlətinin daha da güclənməsinə səbəb olmuşdur. Heyder Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında müstəqilliyinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində görülən əsas işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması olub. 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Ombudsman təsisatının və digər mühüm institutların yaradılmış, ölüm hökmü ləğv edilmişdir. SSRİ dağıldıqdan sonra müstəqilliyinin ilk dönəmində hakimiyyətdə təmsil olunan qüvvələr dövlətçiliyin əsasını təşkil edən bu sənədin hazırlanması və qəbul olunması istiqamətində heç bir əməli iş görməmişdir. Yalnız Heydər Əliyevin təşəbbüsü nəticəsində 1995-ci ilin may ayında müstəqil Azərbaycanın ilk Konstitusiyasını hazırlamaq üçün müvafiq komissiya təşkil edilmiş və dövlətçiliyin əsas atributlarından biri sayılan bu mühüm sənəd həmin ilin noyabr ayının 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuşdur1995-ci ildə müstəqil Azerbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı.
Heydər Əliyevin gördüyü ən böyük işlərdən biri müstəqil Azərbaycanın uğurlu neft strategiyasının hazırlanaraq həyata keçirilməsi olub. Ən əhəmiyyətli hadisəsi-1994-cü ilin sentyabrında aparıcı xarici şirkətlərlə ”Əsrin müqaviləsi” adlandırılan neft müqaviləsinin imzalanması olmuşdur. Beynəlxalq Avrasiya nəqliyyat dəhlizinin reallaşması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən uğurlu nailiyyətlərindən biri olmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli mühüm yer tuturdu. Qısa bir müddətdə isə Azərbaycan İslam Konfransı Təşkilatının Türk Dövlətlər Birliyinin, Beynəlxalq Valyuta Fondunun, BMT-nin, NATO kimi təşkilatların nüfuzlu üzvü olmuşdur.
2001-ci il Dünya Azərbaycanın I Qurultayında isə Heydər Əliyevin söylədiyi fraza kiçikdən tutmuş böyüyə qədər daima hər bir kəsin yaddaşındadır: “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam” 

Ülkər Fərəcova,
Abşeron rayon Saray qəsəbə 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi.
51 0

Oxşar xəbərlər